Əsas səhifə Biznes Bitcoin yenidən tarixi rekordu təzələdi

Bitcoin yenidən tarixi rekordu təzələdi

685
PAYLAŞ
Bitcoin kriptovalyutasının qiyməti 4.3% artaraq 1832.11 dollara çatıb. Məlumata görə, bu günki ticarətdə bitkoinin maksimal qiyməti 1839.85 dollara, ticarətinin açılışı zamanı isə 1756.8 dollara bərabər olub. Kriptovalyutanın kapitallaşması 29.96 milyard dollar təşkil edir.
Məlumata əsasən, iki gün ərzində kriptovalyuta 100 dollar artıb, kapitallaşması isə mayın 6-dan sonra 3 milyard dollar artıb. İlin əvvəlindən bitkoinin dəyəri 81% artıb. Artım Yaponiyanın kriptovalyutanı ödəniş üsulu kimi leqallaşdırması fonunda baş verib.
İlin əvvəlindən kriptovalyuta 30%-dən çox bahalaşıb. Ümumiyyətlə, “Coin Market Cap”ın izlədiyi 100 kriptovalyutanın kapitallaşması rekord həddə – 32.8 milyard dollaradək yüksəlib. Beləliklə, blokçeyn texnologiyasında əsaslanmış böyük layihələrin bazar dəyəri “Twitter”in kapitalından və “Neftlix”in kapitallının yarısını ötüb.
“CryptoCompare” şirkətinin təsisçisi Çarlz Xeyterin dediyinə görə, bazarın kapitallaşmasının artımı onunla bağlıdır ki, ilin əvvəli investorlar bitkoinə və digər surroqatlara inanaraq, onları səhmlərdən pullarını saxlamaq üçün daha etibarlı yol hesab etməyə başladılar.
PAYLAŞ