Əsas səhifə Biznes sahələri Kriptovalyuta Bitcoin-nin yaradıcısı kitab yazacaq

Bitcoin-nin yaradıcısı kitab yazacaq

81
Paylaş

nakamotofamilyfoundation.org  saytında naməlum müəllif  Satoshi Nakamotonun şəxsiyyətini  və  Bitcoinin kim tərəfindən yaradılmasını açıqlayan kitabın çıxacağı barədə məlumat dərc etmişdir. Bu barədə Wired mətbuatı yazır.

Məlumata baxanda məlum olur ki, məqaləni Satoshi Nakamoto özü yazmışdır. Müəllif bildirmişdir ki, iki hissədən ibarət kitab kriptovalyuta barədə ən həyəcanverici suallara cavablardan ibarət olacaqdır.

Mətndə eləcə də  kitabın adı ilə bağlı olan  kriptogram linki də yer almışdır. Rəqəmlərin sadə hərflərlə əvəz olunması, Yapon frazasını, “honne and tatamae” – insanların xarici görünüşü ilə həqiqi məqsədləri arasında ziddiyyət var- mənasını ifadə edir.

Avtobiografiyanın birinci hissəsi artıq sosial şəbəkələrdə yayımlanıb. Bu hissədə bitcoinin yaranmasında Adam Bek, Vey Daya, Devid Çaoma və Hel Finninin tədqiqatlarının böyük rol oynadığı barədə məlumat verilir. Həmçinin  bildirilir ki, Satoshi Bitcoin haqqında ilk məlumatı  20 yaşı olanda sosial şəbəkələrdə dərc etmişdir. O zamanlar o, universitet laboratoriyalarında tədqiqatçı işləyirdi. Müəllifin sözlərinə görə “Satoshi Nakamoto” amerikalı Con  Smitin ekvivalentidir  və kriptovalyutanın Yaponiyada yaranmasını heç bir vəchlə təsdiq etmir.

Kriptoicma Satoshi Nakamotonun kölgədən çıxmasını birmənalı qarşılamadı. Bir çoxları isə qeyd etdi ki, kitabın bu hissəsi orginalından – white paper bitcoin-dən nəzərə çarpacaq şəkildə fərqlənir.

 

 

Paylaş