Əsas səhifə Biz+ BiTaksi’nin qurucusu Nazım Salurla müsahibə

BiTaksi’nin qurucusu Nazım Salurla müsahibə

624

Boğaziçi Universiteti İdarəetmə fakültəsi məzunuyam. Bir müddət fərqli şirkətlərdə çalışdıqdan sonra öz işimi qurmağa qərar verdim və beynəlxalq şirkətlərin alış və satışlarında vasitəçilik edən bir şirkət qurdum. Təxminən 13 il bu işlə məşğul oldum. Daha sonra texnologiya əsaslı şəhər həyatına fayda verə biləcək və əlavə dəyər təmin edəcək bir iş qurmaq qərarına gəldim və BiTaksi yarandı.

– BiTaksi tətbiqiylə Türkiyədə böyük bir açığı bağladınız. Müvəffəqiyyət hekayənizi sizdən dinləyə bilərikmi? Hansı riskləri etdiniz?

– Bu iş altı il əvvəl ilk ağıllı telefonumu aldığım zaman ağlıma gəldi. Lakin o vaxtlar etmək mümkün deyildi. Ağıllı telefonların sayının artdığı inkişaf etmiş ölkələrdə 2010-2011-ci illərdə bir çox tətbiqin həyata keçdiyini və bunların bir qisiminin müvəffəqiyyət qazandığını gördüm. 2012-ci ilin əvvəllərində Türkiyədə də ağıllı telefon sayının bir il içində böyük bir artım göstərəcəyi proqnozlaşdırılmışdı. Ümumiyyətlə zamanın uyğun olduğunu düşündüm. Xaricə gedərək üç ölkədə bənzər tətbiqləri həm sərnişin olaraq şəxsən istifadə etdim həm də oradakı sürücülərin bir çoxu ilə söhbət etdim.

Müvəffəqiyyətli tətbiqlərin sürətlə böyüdüyünü gördüm. Türkiyəyə qayıdanda sürücülərə və istifadəçilərə istiqamətli iki fərqli bazar araşdırması apardım. 2012-ci ilin yaz aylarında işə başlamağa qərar verdim. 2013-cü ilin Martında da tətbiq istifadəyə verildi. Bizi gəldiyimiz nöqtəyə daşıyan ən əhəmiyyətli faktor müştərilərə fərqli ödəmə variantları və etibarlı bir səfər təqdim etməyimiz oldu deyə bilərik. Sərnişinlər tək bir düyməyə basaraq tətbiqlə taksi çağıra bilirlər. Ödəməni nağd, kredit, BKM Express ya da PayPal şəklində edə bilirlər.

– BiTaksi xüsusilə qadın istifadəçilərdən olduqca müsbət rəylər aldı. Bunu nə ilə əlaqədardır?

– Həm sərnişinlərə həm də taksi sürücülərinə sürətli, asan və etibarlı bir səfər imkanı təmin edirik. BiTaksi istifadəçiləri taksi çağırdığı anda avtomobilin nömrəsi və sürücünün şəkilini telefonlarının ekranlarında görə bilirlər. İstəsələr sifarişin əvvəlində ödəyəcəkləri məbləği tətbiq vasitəsilə ödəyə bilirlər. Bütün bunlar qadın müştərilərimizə güvən verir.

– Fortune Türkiyə jurnalının üzü oldunuz, Apple tərəfindən ən yaxşı Türk tətbiqlərdən biri seçildiniz, Cnbc International sizi Uberə rəqib olaraq göstərdi. Sizcə bu müvəffəqiyyətin sirri nədədir? Gənc sahibkarlara tövsiyyələriniz nələrdir?

– Müvəffəqiyyətin sirri çox çalışmaqdan və fürsətləri yaxşı qiymətləndirməkdən keçir. Təşəbbüskar olacaq gənc yoldaşlara tövsiyyəm yaxşı fikir tapsınlar, dünyanı təqib etsinlər. Ehtiraslı bir qrupa sahib olsunlar və ən əhəmiyyətlisi israrlı olsunlar.

– Universitet illərində bir yerdə işlədinizmi? 

– Universitetdə ilk sahibkarlıq addımlarımı atmışdım. 3 il ərzində tələbələr üçün həm qış, həm yaz turları təşkil etdim. Bundan başqa əyləncə sektorunda olan təşkilatlara da daxil oldum. Bu işlərdən qazandığım pullarla universitet həyatım boyunca ailəmdən pul istəmədim. Öz ayaqlarımın üzərində dayanmağı öyrəndim.

– Boş zamanlarınızı necə qiymətləndirirsiniz?

– Çox işlədiyim üçün boş zamanım çox az olur. Qalan zamanlarda da yeni startuplar üçün fikir axtarmağa başlayıram.

 

BiTaksi haqqında: “Cibindəki Taksi” şüarıyla yola çıxan, sürücülərlə sərnişinləri ağıllı telefon tətbiqində birləşdirərək sürətli, asan və etibarlı səyahət təmin edən BiTaksi, mart ayı 2013-cü ildə quruldu. 50 nəfərlik bir qrupa sahib olan BiTaksi’nin hal-hazırda İstanbulda biri mərkəz olmaqla 4, Ankarada da 1 ofisi var. Sərnişinlərinə BKM Express, PayPal və kredit kartıyla da ödəmə imkanı təmin edən BiTaksi tamamilə Türkiyənin yerli proqramıdır. 

Paylaş