Əsas səhifə Birja Birja və forex arasındakı fərqlər

Birja və forex arasındakı fərqlər

574
PAYLAŞ

Forex və Birja arasında bəzi fərqlər var. Maliyyə bazarlarında iştirak edən bu investisiya vasitələri bir birinə çox oxşasalar da əslində aralarında böyük fərqlər var. Gəlin forexlə birja arasında olan fərqlərə baxaq.

1. Əməliyyat Saatları

Həm birja həm də forex müəyyən zaman aralıqlarında açıqdır və həmin zaman ərzində əməliyyat apara bilərsiniz. Birja bazarında əməliyyatlar seanslarla aparılır. Məsələn Bakı Birjası günün ancaq 09.30 ilə 16.00 saatları arasında açıqdır. Digər dünya birjalarında da eyni vəziyyət hökm sürür. Lakin Forex bazarında əməliyyatlar günün 24 saatı davam edir.

Elə ilk fərq budur. Forex bazarı 24 saat açıqdır lakin Birja bazarı yalnız günün müəyyən saatlarında fəaliyyət göstərir.

2. Komisyonlar

Birja bazarında çalışdığınız brokerlər tərəfindən təyin olunan nisbətlərdə komisyon ödəməyiniz lazımdır. Forex bazarında brokerlər isə tam əksinə olaraq sizdən heç bir komisyon tələb etmirlər.

3. Ticarət Sürəti

Forex bazarlarında investorlar alış-veriş əməliyyatlarını edə bilmək üçün gözləmək məcburiyyətində qalmırlar, hətta avtomatik proqramlarla belə alış-veriş əməliyyatlarını icra edə bilərlər. Birja bazarı da sürətlidir lakin Forex ilə müqayisədə alış-veriş əməliyyatları saniyələr deyil dəqiqələr içində yerinə yetirilə bilər.

4. Qarışıqlıq

Birja bazarına nisbətən Forex bazarının bir az qarışıq olduğu inkar edilməz bir faktdır lakin birjayla müqayisədə Forex şirkətləri müxtəlif məqalələr və vizual dərslərlə sərmayəçiləri bazara hazırlayırlar və hər mərhələdə müştəriyə dəstək verirlər. Üstəlik bütün bəzi forex şirkətləri tərəfindən pulsuz bir şəkildə həyata keçirilir.

5. İnvestisiya məbləği

Birja sərmayəçiləri hesablarında nə qədər miqdarda pul varsa yalnız o aralıq daxilində əməliyyat edə bilirlər. Forex bazarlarında isə “Kredit çiyni” adı verilən bir sistem var. Bu sistemlə sərmayəçilər yatırdığı məbləğın 100 qatına qədər artığı ilə əməliyyat edə bilirlər.Azərbaycanda kredit çiyni 1:100 nisbətindı təyin edilib. Məsələn, hesabınızda olan 2000 dollarlıq pulla Forex bazarlarında 1:50 kredit çiynindən istifadə edib 100.000 dollarlıq əməliyyat reallaşdırmağınız mümkündür və bu bazarı cazibədar edən ən əhəmiyyətli xüsusiyyət də budur. Lakin birja bazarlarında belə bir xüsusiyyət yoxdur.

6. Ticarət yeri

Forex və birja bazarları arasındakı fərqlərdən biri də ticarət edilən yerdir. Forex bazarları birja bazarlarının əksinə olaraq müəyyən bir yerlə bağlı deyil. Hərçənd bu vəziyyət indiki vaxtda dəyişdirilərək iki bazar üçün də şərtləri ədalətli vəziyyətə gətirib çıxartdı. Belə ki, əvvəllər birja əmrləri telefon və ya ənənəvi müxtəlif ünsiyyət vasitələriylə verilə bilirdi. Artıq vəziyyət belə deyil. Həm birja həm də forex bazarında əməliyyatlarınızı internet vasitəsilə mobil telefonunuzdan etməyiniz mümkündür.