Bir vaxtlar yer silirdi, indi 130 milyard dolları var

0
2143

Amazon.com-un qurucusu Cef Bezos (Jeff Bezos) işini sıfırdan quranlardandır. Onun həyatı,  heç bir şeyi olmayan anasının ikinci həyat yoldaşı tərəfindən övladlığa götürüləndə dəyişib.

Məşhur elektron ticarət portal “Amazon.com”un qurucusu Cef Bezos, bir neçə gün öncə şirkətinin səhmlərinin bahalaşması ilə 3 saatda daha 10 milyard dollar qazanaraq bir anda sərvəti 130 milyard dollar çatıb.

“Amazon.com”un və kosmos şirkəti “Blue Origin”in sahibi bu səviyyəyə asan gəlməyib.

Uşaq ikən övladlığa götürülən 53 yaşlı milyarder iş adamının sıfırdan yüksəlişi maraqlıdır.

Cef Bezos əslində Cef Jorgensen olaraq dünyaya gəlib. Anası Jacklyn xanım, Cef Jorgenseni dünyaya gətirəndə 17 yaşı vardı.  Onun 1,5 yaşı olanda anası Jacklyn və bioloji atası Ted Con Jorgensen ayrılıblar. Onun anasının arzusu aktyor olmaqdı. Ərindən boşanaraq Ed Sullivan Show yarışında iştirak edirdi.

Lakin o uğursuz olur və bir müddət spirtli içki aludəçisinə çevrilir. Tək təkərli velosipedlə nümayiş göstərərək və marketlərdə çalışaraq saatda 1.25 dollar qazanırmış. İlk həyat yoldaşından sonra Jacklyn, kubalı miqrant olan Migel Bezos ilə tanış olmuşdur.

Bezos, Kuba inqilabındaatasının taxta-şalban anbarı bağlandığı üçün, hələ 16 yaşında Kubadan təkbaşına qaçmışdı. ABŞ-a yalnız “hamburger” deməyi bilərək gələn Migel Bezosa Miamidə bir katolik kilsəsi sahib çıxmış və onu liseyə yazdırmışdır.

Albuquerque Universitetinə daxil olan və mühəndislik ixtisasını oxumağa başlayan Migel Bezos bir bankda gecə növbəsində çalışmıdır. O, Jacklyn ilə burada tanış olub.

Bezos, enerji nəhəngi “Exxon”a işə girəndə Jacklyn ilə evlənmişdir. Cef Jorgensen də 4 yaşında Migel Bezosun familiyasına keçib və Cef Bezos olub. Bioloji atasını heç tanımayıb, amma Migelin çətinliklərlə keçən həyatından və işgüzarlığından çox şey öyrənib.

Yay tətilində ana babasının və nənəsinin Texasda yerləşən bağ evində gündəlik işlərdə çalışıb. Yel dəyirmanlarını bərpa edib, sığırlar aşılayıb.

Uşaqlıqdan Cef Bezosun  mexanikaya olan marağı üzə çxıb.

Övladlığa götürülmüş iki uzaqgörən, uğurlu iş adamları Stiv Jobs və Larri Elisson kimi, o da uğurlu olmağı qarşısına məqsəd qoyub.

Qaldıqları evin zirzəmisini emalatxanaya çevirib, saatlarla ixtiraları üzərində çalışıb. Hətta valideynlərinin zirzəmiyə gəldiklərini xəbər verən elektron xəbərdarlıq sistemi belə qurmuşdur. Anası narahat olaraq onu idmana yazdırsa da, uğurlu olmayıb.

Cef Bezos qeyri-adi şeyləri sevir. Onun kosmosa böyük marağı var.

Cef Bezos ilk dəfə 10 yaşında, 1974-ci ildə kompüterlə tanış olmuşdur. Houstonda fəaliyyət göstərən bir şirkətin oxuduğu məktəbə bağışladığı  kompüteri kimsə istifadə edə bilmədiyi halda, o məlumat kitabçasını oxuyaraq  komputeri istifadə etməyə başlayıb.

ABŞ Atom Enerjisində çalışan ana babası sayəsində kompüterlərlə daha yaxın olub. Babası onun elm və texnologiya olan marağını bəsləməyə davam edib.

Cef Bezos zirzəmidə günəş enerjisiylə işləyən bişirici, lazer, robotlar üzərində çalışıb.

Cef Bezos bir gün nənəsini siqaret çəkdiyi üçün danlayıb. Babası, “kübar olmaq ağıllı olmaqdan çətindir” dediyi üçün McDonald’s restoranlarında çalışaraq səbr etməyi, insanlarla maraqlanmağı öyrənib.

Yeri silərək keçirdiyi bir yay mövsümünün sonunda ilk sahibkarlığına imza atıb. “Yuxu İnstitutu” adını verdiyi proqramla 600 dollar qarşılığında uşaqlar üçün 10 günlük düşərgə təşkil edib. Güliverin Səfərləri, Jules Verne, Tolkien və İsaac Asimov kimi klassikləri oxuyub. Öyrəndilərini – kosmosdakı qara dəlikləri, mexanikanı uşaqlara danışıb.

18 yaşında,1982-ci ildə “Miami Herald”a xəbər olmuşdur. Kosmosda yaşayışın məqsədini danışıb, bir neçə milyon insanı orbit ətrafında yaşayacaq şəkildə kolonlaşdırmaq istədiyini bildirib. Kosmos oteli açmaq istədiyini söyləyib.

Liseyi bitirdikdən sonra Prinston Universitetində kompüter elmləri üzrə təhsil alıb. Məzun olduqdan sonra məşhur “Intel” şirkətinin etdiyi təklifi rədd edib.

İlk təşəbbüsü olan “Fitel”i qurub, ancaq uğursuz olub. “D.E. Shaw ” adlı bir fondda çalışıb və 4 ildə baş direktorun müavini vəzifəsinə qədər yüksəlib.

1993-ci ildə eyni şirkətdə araşdırma assistenti kimi çalışan xanımı MacKenzie Tuttle ilə tanış olub və evlənib. 1994-ci ildə oxuduğu xəbərlə həyatı dəyişib. O, internetin ildə 2300 faiz böyüdüyünü oxumuşdu.

O, İnternetin inkişafından istifadə etmək istəyib  və veb üzərindən ən çox satılan 20 məhsulun siyahısını tərtib edib. Araşdırma aparıb və o vaxt onlayn satışı olmadığı üçün kitab satmağa qərar verib.

Üstəlik, kitablar yer tutmurdu. Rəflərdə asanlıqla toplana və rahat üst-üstə yığıla bilinərək kargo ilə göndərilməsi çətinlik yaratmırdı.

Cef Bezos, Nyu-Yorkdan Texasa gəlib. Atasından a avtomobil və 300 min dollar sərmayə alaraq həyat yoldaşı ilə birlikdə işini qurmaq üçün yola çıxmağa qərar verib.

Həyat yoldaşı avtomobili sürərkən Bezos yolda iş modelini yazıb. Araşdırma aparıb. Silikon Vadisi yerinə ucuz proqramçılar cəlb edə biləcəyini düşünərək Seatılı seçiblər və kirayəyə ev götürüblər. Şirkəti də qarajda qurublar.

Cef Bezos ofisi olmadığı üçün iş görüşlərini dünyanın ən böyük kitab satıcılarından “Barnes & Noble”ın kafelərində keçirməyə başlayıb. İşə qəbul etdiyi 2 proqramçıya saytın kodlarını yazdırıb.

İş bitmişdi, ancaq tək əskiklik Internet saytının adının nə olacağı idi. Bezos, saytı gələcəkdə hər şeyin olacağı bir online bazar olaraq düşünmüşdü. Bunu xatırladan və əlifbanın ilk hərflərindən biri ilə başlamal idi.

“Abracadabra”dan uydurduğu “Cadabra” adını düşünürdü, amma güvəndiyi insanlar bunu cəsəd kəlməsi ilə qarışdırdığndan imtina etdi. “Awake.com”, “Aard.com” kimi sayt adlarını satın aldı amma istifadə etmədi.

Sonu olmayan mənasındakı “relentless.com” favorisi idi, çünki əsl məqsədi hər cür məhsulun satılacağı bir saytdı, ancaq bu sözün pis mənaları olduğu üçün ondan da imtina edib.

Bir gün ağlına Amazon çayı gəldi. Dünyanın ən böyük çayı. Internet saytı da elə olacaqdı və kimsə ilə məsləhətləşmədən saytın adını elan etdi. 1 Noyabr 1994-cü ildə adı qeydiyyatdan keçirdi.

“Amazon.com” saytının ilk loqosu A hərfi içərisində çayın axınını göstərən bir dizayn idi. Maraqlıdır ki, bu gün hələ də “relentless.com”, ya da “awake.com” ünvanına daxil olduqda  “Amazon.com” saytına yönəldilirsiniz.

Şirkətin indiki loqosu isə yazıdan ibarətdir, ancaq A və Z hərfləri arasında saytda A-dan Z-yə hər şeyin olduğu mesajını verən bir ox var.

Amazon bu günlərə gəlməzdən əvvəl, Cef Bezos, saytın ilk dövrlərində hər satışda zəng çalınması sistemini yaratmışdı.

Amazon.com vasitəsilə satılan ilk kitab isə 20 dollara Douglas Hofstadter’s-in yazdığı “Fluid Concepts And Creative Analogies: Computer Models Of The Fundamental Mechanisms Of Thought” adlı elmi əsər olub.

Cef Bezos ilk günlərdə 1987 model Chevrolet Blazer marka avtomobili ilə özü də kitab təhvili etmişdir.

İki ay içərisində Amazon.com 50 əyalət və 45 ölkədə yüzlərlə kitab satmağı bacarıb. Həftəlik satış 20 min dollara çatıb və Bezos şirkətdəki satış zəngi sistemini ləğv edib.

1997-ci ildə birjaya çıxan Amazon.com gözlənəndən çox maraq görərək 25 dollardan artıq bir səhm qiymətinə çatıb və Cef Bezos daha da məşhurlaşıb.

Milyarder iş adamı mediadakı şöhrətini işini böyütmək üçün istifadə edib. Bir çox satınalma təklifini rədd edib və qazandığı hər qəpiyi də sayta qoyub. Anbarlarını böyüdüb, yenilərini alıb və saytın proqram bazasını möhkəmləndirib.

1997-ci ildə 31 milyon dollar olan gəliri 2000-ci ildə 1.4 milyard dollara çatıb və beləliklə, köhnə üsullarla işləyən bir çox kitab mağazası bağlanıb.

Bezosun şirkəti qısa müddətdə 7 min işçiyə çatıb, ancaq  buna baxmayaraq, şirkət 7 il mənfəət gətirməyib. Bu müddət ərzində 2.5 milyard dollar ümumi zərər də yaranıb.

Ancaq iş həcminin yüksək olması və qazanclı  olmasa da, işçiləri, güclü imici sayəsində amazon.com məşhur dot.com böhranında “partlamadı”. Hətta digərləri batarkən Amazon ilk mənfəətini  böhranın olduğu 2001-ci ilin ilk rübündə 5 milyon dollar olaraq açıqlayıb.

Cef Bezos bu dövrdə sərmayə yatırmağa da başlayıb. 1998-ci ildə hələ yeni-yeni meydana çıxan “Google”dan 250 min dollarlıq səhm alıb. İndiki dəyəri isə 2.2 milyard dollardır.

Bezos, 2011-ci ildə də dünyanın hazırda ən dəyərli startaplarından olan “Uber” və “Airbnb” üçün 150 milyon dollar sərmayə qoymuşdur.

Amazon-un sonrakı yüksəlişində isə 2007-ci ildə bazara çıxarılan “Kindle” adlı elektron kitab oxuma cihazının rolu böyük olub.

Kitabların hüququnu ucuz alıb, dəfələrlə kopyalayıb satan Amazon həm xərclərini azaltmış, həm də cihaz və məhsul satışlarını artırmışdır.

Amazon-un hazırda dəyəri 500 milyard dolları keçib. Şirkətin 2016-cı ildə gəlirləri 136 milyard dollar olub. Hazırda şirkətdə 341 min nəfər çalışır.

Cef Bezos iş həyatındakı uğurları ilə bərabər, maraqlı vərdişləri də olan bir insandır.

Məşhur milyarder, ailəsi və özünün şəxsi təhlükəsizliyi üçün ildə 1.6 milyon dollar sərf edir, amma maraqlı bir avtomobil seçimi var.

Cef Bezos, mediadakı informasiyalara görə, 4 min dollar dəyərindəki 1996 model “Honda Accord” markalı maşına minir.

O, 2003-ci ildə Texasda vertolyot qəzası keçirmiş və qəzadan sağ xilas ola bilmişdi. Bezos bunun ölmək üçün çox asan olduğunu söyləyərək bir daha vertolyota minməmişdir.

Cef Bezos şirkətlərində əyləncə təşkil etmir, parti vermir, hətta müftə atışdırmalıq da almır.

93 milyard dollara malik olan “qurd” iş adamı, yaxşı bir iş komandasının ən çox iki pizza ilə doya biləcəyinə inanır. Yəni, iki böyük pizza ilə doymayacaq iş komandası, ona görə çox izdihamlıdır (böyükdür, çoxluqdur).

“2 pizza qaydası” olaraq tanınan prinsipində məntiq budur ki, komandanın üzvləri çoxaldıqca sürü psixologiyası azad, fərdi düşüncənin önünə keçir.

Cef Bezos buna baxmayaraq çox səxavətlidir.Ehtiyacı olanlara milyonlarla dollar bağışlayıb.

Təkcə, 10 min il çalışacaq nəhəng bir saat layihəsi üçün 42 milyon dollar verib.

Gülüşü ilə məşhur olan Cef Bezos, bir tərəfdən də işçilərinə qarşı artıqlaması ilə tələbkar olması, eyforiyadan nifrət etməsi və atdığı sözlərlə məşhurdur. “Tənbəlsən, yoxsa bacarıqsızsan?” ən çox  verdiyi suallardan biridir.

Müştərilərdən gələn şikayət mailərinə nəzarət etməsi və “?” işarəsi başlığı ilə işçilərinə istiqamətləndirməsi ilə də tanınır. Səs tonunu nizamlamaq məsələsində bir terapistlə çalışsa da, çətinlik çəkdiyini etiraf edir, ancaq yeri gələndə əməkdaşlarına sahib çıxır.

2013-ci ildə satın aldığı “Washington Post”un bir müxbiri İran tərəfindən nəzarətə alındıqda sərbəst qalması üçün çox çalışmışdır. Sonra da şəxsi təyyarəsilə şəxsən İrana gedərək onu ABŞ-a gətirmişdi.

Avtomobillərlə arası o qədər də yaxşı olmasa da Cef Bezos evləri sevir. 2017-ci ilin əvvəlində 23 milyon dollar ödəyərək malikanə satın almışdır. Bu, Vaşinqton şəhərindəki ən bahalı əmlak satışıdır.

Məşhur milyarderin “New York Century Tower” göydələnində ümumi sahəsi 10 min kvadrat metr olan 3 ədəd mənzili də var.

İş adamının qurduğu imperiya yazmaqla  bitəcək deyil.  O, sahibi olduğu şirkətlər vasitəsilə və birbaşa özüşoxlu sayda şirkətlərə investisiya yatırıb.