Bir balıq üçün 605 min avro

1
702

Tokionun Tsukizi balıq bazarındakı hərracda 212 kiloqramlıq mavi tuna balığı 605 min avroya (74,20 milyon yen) satılıb. Balıq “Sushizanmai” restoranlar şəbəkəsinin sahibi Kiyoşi Kimura tərəfindən alınıb.

Xatırladaq ki, 2013-cü ildə də Tsukizi bazarında 222 kiloqram ağırlığında mavi tuna balığı 155,4 milyon yenə satılmışdı. Həmin vaxt da balığı “Sushizanmai” şirkətinin sahibi almışdı. Xəbəri NHK verib

1 COMMENT