Əsas səhifə Biznes Bill Qeyts Alzheimer xəstəliyinin müalicəsinə 100 milyon dollar bağışladı

Bill Qeyts Alzheimer xəstəliyinin müalicəsinə 100 milyon dollar bağışladı

80
PAYLAŞ
Bill gates haqqında
“Microsoft” şirkətinin sahibi Bill Qeyts Alzheimer xəstəliyinin tədqiqatı üçün 100 milyon dollar bağışlayacağını açıqlayıb.

“Ölkə.Az” xəbər verir ki, iş adamı bu xəstəliyin müalicəsinin olduğuna inandığını bildirib.

“Dementia Discovery Fund” adlı yarı özəl, yarı dövlət araşdırma şirkətinə 50 milyon dollar bağışlayan Qeys beyinin immunitet sistemini hərəkətə keçirən hüceyrələri tədqiq etməyin nəticə verəcəyinə inandığını bildirib.

“CNN İnternational” kanalına müsahibə verən Bill deyib: “Xəstəliyin bir müalicəsi olduğuna inanıram. Hər hansı bir yenilik böyük bir irəliləyiş sayıla bilər.

Uzunmüddətli hədəfimiz müalicəni tapmaqdır. Elm və inkişafla dünyadakı büün çətin problemlərin həll olunacağına inanıram”.

PAYLAŞ