Əsas səhifə Texnologiya Bill Geytsdən xeyriyyəçiliyə fantastik məbləğ!

Bill Geytsdən xeyriyyəçiliyə fantastik məbləğ!

296
PAYLAŞ

“Microsoft”un yaradıcısı, milyarder iş adamı Bill Geyts xeyriyyəçilik məqsədilə böyük məbləğdə ianə edib.

İKT.lent.az-ın xəbərinə görə, bu barədə “Bloomberg” agentliyi ABŞ-ın qiymətli kağızlar üzrə federal komissiyasına istinadən məlumat yayıb.

Bu il iyunun 4-də həyata keçirilən ianənin məbləği 4,6 milyard dollar təşkil edib. Bu, 2000-ci ildən bəri Bill Geytsin xeyriyyə məqsədilə ayırdığı ən böyük məbləğdir. Pulun hansı ünvanlara köçürüldüyü açıqlanmayıb. Lakin məlumdur ki, milyarder iş adamı əsasən həyat yoldaşı Melinda ilə birlikdə yaratdığı xeyriyyəçilik fonduna pul köçürür. Cütlük 1994-cü ildən bəri xeyriyyəçiliyə ümumilikdə 35 milyard dollar həcmində pul sərf edib.

B. Geyts 4,6 milyard dollarlıq xeyriyyəçilik aksiyasından sonra planetin ən varlı insanları siyahısında 2-ci sıraya geriləyib. Onun sərvəti hazırda 86,1 milyard dollar həcmində qiymətləndirilir. “Amazon”un yaradıcısı Ceff Bezos zənginlər siyahısında ilk sıraya yüksəlib.

PAYLAŞ