Əsas səhifə Milyarder Bill Gates sərvətini hara xərcləyəcəyini açıqladı

Bill Gates sərvətini hara xərcləyəcəyini açıqladı

118

Son günlər dünyanın ən varlı insanı olan Bill Qeyts “Microsoft” şirkəti ilə deyil, etdiyi xeyriyyəçilik faəliyyəti ilə gündəmdədir.

Sual oluna bilər ki, bəs milyarder pullarını hara xərcləyəcək? Milyarder yeni il üçün hədəflərini müəyyən edib və bu sualın cavabını şəxsən özü verib.

O, Kaliforniyada təşkil edilən “JP Morgan Healthcare” konfransında çıxışı zamanı deyib ki, özü və həyat yoldaşının tək hədəfi var: “Bu da dünyanı daha yaxşı hala gətirməkdir”. Qeyts ailəsinin xüsusilə, yolxucu xəstəliklərə qarşı müharibə etdikləri deyən milyarder sözlərinə belə davam edib:

“Ən böyük hədəfim yoluxucu xəstəliklər və buna səbəb olan problemlərin önünə keçmək üçün həll yolları tapmaqdır”.

O, həmçinin əlavə edib ki, bu il 5 milyondan çox uşaq 5 yaşından az yaşda vəfat edib:

“Onların çoxu da yoxsul ölkənin sakinləridir. Digər yüz milyonlarla insan isə xəstəlik və sağlam qidalanmadığına görə, həm özünün, həm ölkələrinin güc və potensialını məhv edirlər”.

Bill Qeyts çıxışı zamanı müsbət proqnozlardan da danışıb:

“Qarşımızdakı bir neçə onillikdə inkişaf etməkdə olan iqtisadiyyatları olan ölkələr inkişaf edəcək. 2050-ci ildə Afrika əhalisinin sayı 2,5 milyard nəfərə çatacaq. Bu isə proqnozlaşdırılan ABŞ və Avropa əhalisinin sayından 2,5 dəfə çox rəqəm deməkdir”.

O, əlavə edib ki, lakin biz 20-30 il gözləməməliyik.

Qeyd edək ki, gözlərdən uzaq həyat keçirməyə çalışan Qeyts ailəsi ən çox “Bill və Melinda Gates” fondu üçün gördükləri işlər ilə gündəmi zəbt edirlər. 19 milyard dollara fond quran Melinda və Bill cütlüyü dünyada QİÇS, hiv, uşaq iflici, yoxsulluğun azaldılması məsələləri üçün mübarizə aparır.

O, son 17 ilin ən böyük xeyriyyəçilik hədiyyəsini edib. Belə ki, o “Microsoft”dakı səhmlərinin 5 faizini adıçəkilən fonda bağışlayıb. Hesablamalara görə isə, Qeyts fond yaradılandan bu yana fond üçün 50 milyard dollar xərc edib.

İqtisadiyyat və Kompüter Elmləri məzunu olan Melinda Bill ilə tanışlıq hekayələrini belə danışmışdı:

bill gates

“Bir gün “Microsoft”un avtoparkinq yerində qarşılaşdıq. Qısa bir söhbət etmək şansımız oldu. Ünsiyyətin sonunda mənə 2 həftə sonra şənbə axşamı birlikdə yeməyə çıxmaq üçün münasib olub-olmadığımı soruşdu. Bu qədər yaxın tarixdə münasib olub-olmadığımı bilmədiyimi deyib, güldüm. Bir neçə saat sonra mənə zəng etdi və bu axşam üçün yeməyə dəvət etdi və mən də qəbul etdim. Hekayəmiz belə başladı”.

Mənbə: facemark.az

Paylaş