Əsas səhifə Texnologiya Bill Gates: “Bu ideya uğurlu deyil”

Bill Gates: “Bu ideya uğurlu deyil”

120
PAYLAŞ

Microsoft şirkətinin həmtəsisçisi Bill Gates gərəksiz mürəkkəb kombinasiya olan Control+Alt+Delete üçün təəssüf hissi keçirdiyini bildirib.

Qeyd edək ki, bu klaviş Windows-a giriş və ya məsələlər dispetçerinin işə salınması üçün istifadə olunur.

Xeberler.az xarici mediya istinadən məlumat verir ki, şirkət rəhbəri Bloomberg Global Business Forum-da bu ideyanın uğurlu olmadığını bildirib:

“İnsanlar keçmişə qayıda və risk etmədən öz həyatında xırda şeyləri dəyişdirə bilmirlər. Lakin mənim imkanım olsaydı, bu kombinasiyanı bir düyməylə əvəz edərdim”

B.Gates əvvəllər də Control+Alt+Delete kombinasiyasının uğursuz olduğunu etiraf etmişdir. Onun sözlərinə görə, IBM üçün klaviaturanı layihələşdirən şəxs Windows-a bir düymə ilə daxil olmaqdan imtina edərək öz qərarını dəyişməmişdir. Bu səbəbdən biz sistemi aşağı səviyyədə proqramlaşdırmalı olmuşduq, bu, səhv idi.

Qeyd edək ki, Ctrl+Alt+Del kombinasiyasının müəllifi IBM-in mühəndisi Devid Bredlidir. Əvvəlcə klaviş fərdi kompüterlərin yenidən işə salınması üçün nəzərdə tutulmuşdur.   Buna görə düymələr bir-birindən uzaq yerləşdirilmişdir ki, onlara bir əllə təsadüfən basmaq mümkün olmasın. Proqramçılar üçün nəzərdə tutulmuş bu komanda hazırda Windows-da ən məşhur klavişlərdən biridir.

PAYLAŞ