Əsas səhifə Milyarder Bill Gates artıq dünyanın ikinci ən varlı şəxsi deyil

Bill Gates artıq dünyanın ikinci ən varlı şəxsi deyil

83

Berkshire Hathaway” şrikətinin təsisçisi Warren Buffett 2 Fevral tarixində dünyanın ən varlı şəxsləri siyahısında Bill Gates-i 3-cü pilləyə endirdi. Hal-hazırda Warren Buffett-in sərvəti 93.2 milyard dollar dəyərindədir.

Bill Gates-in sərvəti isə 92.7 milyard dollar təşkil edir. Siyahının birinci yerində artıq bir neçə aydır ki, “Amazon” şirkətinin yaradıcısı Jeff Bezosqərarlaşır. 1 ildən az bir müddətdə onun sərvəti 45 milyard dollar böyüyüb. Təbii ki, bu cür nailiyyətin arxasında “Amazon” şirkətinin uğurları dayanır. “Amazon”un təkcə sonuncu rüb nəticələrinin elanından sonra onun sərvəti 6.5 milyard dollar böyüyüb.

fed.az

Paylaş