Əsas səhifə Biznes Milyarder Bezosun xəyalı: Ayda məskən salmaq…

Bezosun xəyalı: Ayda məskən salmaq…

162
Paylaş

“Amazon” online ticarət platformasının rəhbəri Ceff Bezos Ayı məskunlaşdırmaq istəyir.

İKT.lent.az-ın “Gizmodo”ya istinadən verdiyi xəbərə görə, C. Bezos Ayda ilk insan məskəni yaratmaq niyyətindədir. Bu məqsəd üçün böyük maliyyə vəsaiti tələb olunur. Lakin iş adamı dövlətdən kömək istəmək fikrində deyil.

C. Bezos bu yaxınlarda keçirilən kosmosa dair konfransda bildirib ki, Ayın məskunlaşdırılması zərurətdir, çünki başqa planetlər məskunlaşdırılmadan insan nəsli kəsilə bilər. Onun fikrincə, Yerin istifadə müddəti insanın fəaliyyəti üzündən artıq başa çatır.

C. Bezos NASA-ya Aya 5 tona yaxın yük daşıya biləcək xüsusi modul layihəsi təklif edib. NASA layihəyə isti baxmasa, “Amazon” rəhbəri özü bu ideyanı gerçəkləşdirəcək.

Paylaş