Bazarlardakı kriptovalyuta çılğınlığına Kodak da qatılır

2
743

Foto sənayesinin çoxəsrlik şirkəti Kodak, kriptovalyuta texnologiyasına sərmayə qoymaq və KODAKcoin adı ilə “fotosentrik” bir kriptovalyuta çıxarmağı hədəfləyir.

“Marja” xəbər verir ki, Kodak-ın bu açıqlaması, nəhəng şirkətin səhmlərinin kəskin bahalaşmasına səbəb olub. Səhmlər açıqlamanın ardından inanılmaz bir hərəkətlə 125 faiz dəyər qazanıb.

Kodak səhmləri yekunda 117 faiz artımla 6.80 dollar olub.

Kriptovalyutalarda, xüsusən son 1 il ərzində baş verən çılğınlıq, nəhəng şirkətləri də bu sahəyə cəlb edir.

FOTOQRAFLAR KODAKCOIN İLƏ ƏMƏLİYYAT APARACAQLAR

Kodak-ın İcraçı direktoru Jeff Clarke, kriptovalyuta və blockchain sözlərinin texnologiya dünyasında son zamanların ən diqqətçəkən sözləri olduğunu bildirərək, fotoqrafların dünyasında həll edilməz olaraq görünən problemlərin həllində açar olacağını deyib.

Kodak, kriptovalyuta zənciri texnologiyasını rəqəmsal bir hesab dəftəri niyyətilə istifadə edəcəyini və KODAKone adı verilən yeni platformanın fotoqrafların imic haqlarını idarə etmək məsələsində kömək olacağını açıqlayıb. KODAKcoin də fotoqrafların fotolarını alıb-satmalarında istifadə ediləcək.

2 COMMENTS