Əsas səhifə İş adamları Batmaqda olan şirkətlərlə milyarder olan türk iş adamı

Batmaqda olan şirkətlərlə milyarder olan türk iş adamı

2759

Top Shop, New Look, Dorothy Perkins, Tesco, Evans kimi şirkətlər üçün məhsul istehsal edən Armond Tekstilin 25 ildir İngiltərədə yaşayan sahibi Cafer Mahiroğlu ildə 250 milyon dollar gəlir əldə edir. Mahiroğlu 2011-ci ildə İngiltərədə 250 mağazası olan Select adlı şəbəkəni alıb.

Cafer Mahiroğlunun həyat hekayəsi isə çox maraqlıdır. O, Türkiyənin Sivas şəhərində dünyaya gəlib. Atasını erkən itirdikdən sonra ailəsi İstanbula köçüb. Məktəbi bitirdikdən sonra dil öyrənmək və təhsil almaq üçün İngiltərəyə gedir. O, dil öyrənməyə çalışarkən həm də tekstil sektorunda part time iş tapır. Qısa zamanda tekstil işini yaxşıca öyrənir.

İlk 5 Tekstil Şirkətindən Biri

Cafer Mahiroğlunun şirkəti Armond İngiltərənin ən böyük 5 tekstil şirkətindən biridir. Digər böyük şirkəti isə Selectdir. İş adamı 2011-ci ildə batmaq üzrə olan 250 mağazalık Select şəbəkəsini 13 milyon dollara satın alıb.

Londonda oxuyarkən işə başlayıb

Londonda təhsil alırdım və eyni zamanda işləyirdim. Yəqin sürətli davranmaq istəmişən. Qısa zamanda işi öyrəndim. ‘İngilislərdən nə fərqim var, mən də işi bilirəm’ deyə düşündüm. Ancaq çox çətinlik çəkdim. Yoldaşlarım məni xəyalpərəst hesab edirdilər.

6000 işçisi olduğuna baxmayaraq Cafer Mahiroğlu hələ də özünü iş adamı kimi aparmır. O, bəzən fabrikini süpürür bəzən də dərzilik edir…

-Londonda ilk iş həyatınız necə başladı?

-İlk zamanlar təbii olaraq Türklərin sıx olaraq yaşadığı bölgəyə getdim. Bu səbəbdən də o Türk cəmiyyətinin sıx olaraq yaşadığı bölgədə görülə biləcək iş sahələri müəyyən idi. Ya kababçı olmalısınız ya da tekstil işində işləməlisiniz. Mən də bu səbəbdən 3 gün çalışıb 5 gün gəzirdim. Zavod süpürməklə başladım, sonra ütüləmək işini öyrəndim. Daha sonra dərzi oldum. Bizə mal verən şirkət həmin dövrdə müflis oldu. O şirkəti alıb inkişaf etdirdim.

-Bəs ilk işinizi necə qurdunuz?

-1987-ci il idi. Artıq işi öyrənmişdim. İnvestisiya üçün bir az pula ehtiyacım var idi. Vəziyyəti qardaşıma və bacıma izah etdim. Lazımi məbləği topladım. 6 pakistanlını razı salıb işçi kimi yanıma götürdüm və sifarişlər gəlməyə başlayan kimi böyüdük.

-Nə istehsal edirdiniz?

Tekstil şirkətləri üçün parça istehsal edirdik. Ancaq biz bu işi başqa bir şirkətin vasitəsilə etdiyimiz üçün qısa müddət sonra onlarla vasitəçilik edən bir şirkəti satın almaq qərarına gəldik.

-O qədər pulunuz var idimi?

İşləri yaxşı getməyən bir şirkəti aldım. Onsuz da mənim keçmişimə baxdığınız zaman bunu görə bilərsiniz. Mən həmişə batmaq mərhələsində olan şirkətləri alıb ayağa qaldırıram. Yeni iş heç zaman qurmamışam. Bunu İngilis qəzetləri də yazıblar.

-Çox uzun müddət Türkiyədə iş qurmamısınız. 1995-ci ildə isə Türkiyədə fabrik qurdunuz, bu qərarı necə aldınız?

1995-ci ildə Türkiyədə də istehsala başladıq, çünki İngiltərədə xərclər çox yüksəlmişdi. 1995-2000-ci illər arasında çox böyüdük. İngilis qadın geyim markalarının demək olar ki, hamısına parça istehsal edirdik. Türkiyədə isə fabrik qurmadım. İşləyən bir yeri aldım və inkişaf etdirdim. O dövrdə Türkiyədə 2500 işçim var idi.

-Hal-hazırda neçə işçiniz var?

Hazırda Türkiyədə 800 nəfər işçim çalışır.

-Başqa harada istehsalınız var?

-Rumıniya, Vyetnam və Gürcüstanda fabriklərim var. Rumıniyada 1500 nəfər çalışır.

-Select markasını necə satın aldınız?

-250 mağazası olan bir şəbəkədir Select. Batmaq üzrə idi. İndi 125 mağazaya düşüb. İşləməyən mağazaları bağladım.

-Bir çox alış-veriş mərkəzi açıldı, bu işə girmək üçün gec qaldığınızı hiss edirsinizmi?

-Alış-veriş mərkəzi işinə hələ girmək istəmirəm. İnsanların çox istifadə etdiyi küçələrdə uyğun yer axtarıram.

-Stresli olduğunuz zamanlarda nə edirsiniz?

-Hər gün üzürəm, harada olursa olsun üzmək istəyirəm. Stresə təslim olsanız müvəffəqiyyətli ola bilməzsiniz.

-Səmimi müsahibə üçün sizə təşəkkür edirik Cafer bəy.

Xatırladaq ki, Forbesə görə Cafer Mahiroğlu dünyanın ən varlı 100 türkündən biridir.

Paylaş