Əsas səhifə Biznes Rus milyarder idarə etdiyi bankı iflasa sürükləyir

Rus milyarder idarə etdiyi bankı iflasa sürükləyir

109
PAYLAŞ

“B&N Bank”ın ötən günlərdə iflas etməmək üçün Rusiya Mərkəzi Bankından yardım istəməsi, bankı idarə edən Rus milyarder Mixail Qutseriyevin (Oligarch Mixail Gutseriev) 2016-ci ildə oğlu üçün etdiyi toyu ağıllara gətirib.

Ötən günlərdə iflas etməmək üçün Rusiya Mərkəzi Bankından yardım istəyən “B&N Bank”ı idarə edən və bankının ən böyük ortağı olan Rus milyarder Mixail Qutseriyevin oğlu Said Qutseriyevə ötən il etdirdiyi toya 1 milyard dollar xərclədiyi danışılırdı.

Qutseriyev, 2016-ci ildə Moskvada keçirilən möhtəşəm bir toyla həyatını 28 yaşlı Xədicə Uzhakovs (Khadija Uzhakhovs) ilə birləşdirmişdi.

“Marja” xəbər verir ki, “Dailymail”də o gün yayımlanmış xəbərə görə  Uzhakhovsun geyindiyi gəlinlik paltarın qiymətinin yalnız bir milyon dollar olduğu iddia edilmişdi. Hətta üzərindəki qiymətli əşyalara görə, təxminən 11 kq gələn gəlinlik paltarının arxasını qaldırmaq bir neçə nəfərə tapşırılmışdı.

Dəvətlərin “Rolls Royces” kimi lüks avtomobillər ilə gətirildiyi toy Moskvanın ən dəbdəbəli restoranlarından olan “Safisa”da keçirilmiş, Cenifer Lopez də kiçik bir konsert vermişdi.

Dövlət başçılarının da iştirak etdiyi toyda qonaqlar üçün kəsilən tortun boyu bir neçə insanın boynu aşarkən, gəlinin tacı isə təxminən 5 milyon dollara hazırlanmışdı.

İNDİ BANKI ÜÇÜN YARDIM İSTƏYİB

Aktivlərinə görə Rusiyanın 12-ci böyük bankı olan “B&N Bank”, ötən gün iflas etməmək üçün mərkəz bankından özünü xilas etməsini istəmiş və sonra Rusiya Mərkəzi Bankıda “Binbank”a (B&N Bank) təcili likvidlik dəstəyi verdiyini bildirmişdi. Rusiya Mərkəzi Bankı açıqlamasında təmin edilən likvidlik dəstəyinin miqdarı barədə də məlumat verilməyib.

PAYLAŞ