Bankda İT Biznes Analiz Departamentinə mütəxəssis tələb olunur

1
720

“AccessBank” İT Biznes Analiz Departamentinin Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edib.

Əsas vəzifələri:

1)     Proqram təchizatının təhlili  və biznes tələblərin tədqiqi;

2)     Reallaşmış məhsulların test prosesinin planlaşdırılması. Test-keyslərin bazasının yazılması və yaradılması(test ssenariləri);

3)     Hazır məhsulda/Sistemdə səhvlərin mövcudluğunun aşkarlanması və tələblərə əsasən uyğunlaşdırılması;

4)     Proqramlaşdırılmış məhsulların test prosesinin eləcə də onun nəticələrinin yazılı təsviri (sənədləşmə);

5)     Məhsulun test nəticələrinin təhlili, həmçinin səhvlərin eyniləşdirilməsi və onların trekinq sistemində qeydiyyatı;

6)     Qeydiyyatlaşdırılmış səhvlərin düzəlişlərinin mövcudluğunun trekinq sistemində monitorinqi.

Namizədə olan tələblər:

-Bankda  ən azı 2 illik iş təcrübəsi;

-Yazılı İngilis dili – yaxşi səviyyədə. Danışıq orta səviyyadə;

-Azərbaycan və Rus dilləri bilikləri (hər tərəfli) – mütləq yaxşı səviyyədə;

-MS-Office (Excel, Word, PowerPoint, Visio) proqramları və elektron poçt-la sərbəst işləmək bacarığı;

-Analitik qabiliyyətlərin mövcudluğu;

-Hər cür detallara diqqətlilik;

-Yeni texnologiyaların öyrənilməsi və sınamaq həvəsi;

-Sistemdə zəif nöqtələrin (nöqsanların) aşkarlanması bacarığı;

-Sistemdə/məhsulda olan çatışmazlıqların konstruktiv tənqid bacarığı;

-Məsuliyyətli və rutin işin aparılması bacarığı.

Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər.

Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

Müraciət üçün son tarix – 29.01.2018

1 COMMENT