Əsas səhifə Xəbərlər Bakıda yeni metrostansiya açılır

Bakıda yeni metrostansiya açılır

177
Paylaş

Bakı Metropoliteninin «Bənövşəyi xətt» üzrə şərti adı «B3» olan stansiyasında tikinti işləri sürətləndirilib.

Bu barədə «Bakı Metopoliteni» Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hidayət Məmmədov deyib.

H.Məmmədovun sözlərinə görə, stansiyada yeni nəsil avadanlıqlardan istifadə olunur:

“Artıq avadanlıqların qurşadırılmasına başlanıb. İşlər bu şəkildə davam edəcəyi təqdirdə stansiyanın 2019-cu ilin sonu, 2020-ci ilin birinci yarısında istifadəyə verilməsi mümkün olacaq”.

«Xətai» stansiyası isə təmirə bağlanacaq

Yaxın 3 ay ərzində metronun «Xətai» stansiyası təmirə bağlanmayacaq.

Bunu «Bakı Metropoliteni»nin sədr müavini Hidayət Məmmədov jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O, «Xətai» stansiyasının bir hissəsində təmir işlərinin aparıldığını vurğulayıb:

“Stansiyanın eskalatorlarının da dəyişdirilməsinə zərurət var. Ona görə də eskalatorların dəyişdirilməsi üçün stansiya təmirə bağlanmalıdır. Planlaşdırırıq ki, «Xətai» stansiyasını payız aylarında təmirə bağlayaq. Bu barədə əvvəlcədən ictimaiyyətə məlumat veriləcək».

H.Məmmədovun sözlərinə görə, «Bakmil» stansiyasında təmir işləri aparılacaq:

“Stansiyada təmir işləri mərhələli aparılacaq. Çalışacağıq ki, stansiya təmir zamanı bağlanmasın. Çünki, metronun əsas vəzifəsi sərnişin daşımaq, onların təhlükəsiz daşınmasınə təmin etməkdir. Buna görə də, stansiyanın təmirinin sərnişinlərə mane olmamasına çalışırıq».

MənbəModern.az
Paylaş