Əsas səhifə Konfrans və sərgi Bakıda kənd təsərrüfatı və qida sahəsinin iş adamları üçün seminar keçirilib

Bakıda kənd təsərrüfatı və qida sahəsinin iş adamları üçün seminar keçirilib

155
Paylaş

Bu gün Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AzPromo) təşkilatçılığı ilə “Beynəlxalq bazarlara çıxış, ixrac olunan ərzaq mallarının sertifikatlaşdırılması və təsdiqi” mövzusunda seminar keçirilib.

Bu barədə “Report”a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

İxracatçılar Klubu çərçivəsində keçirilmiş seminarda kənd təsərrüfatı və qida sahəsində fəaliyyət göstərən 40-a yaxın iş adamı iştirak edib.

AzPromo-nun vitse-prezidenti Yusif Abdullayev Azərbaycan məhsullarının xarici bazarlara ixrac edilməsi üçün istehsalçılara sertifikatların verilməsi sahəsində qanunvericiliyin tələbləri və bu istiqamətdə sahibkarlara göstərilən dövlət dəstəyi tədbirlərini diqqətə çatdırıb, ixracatçı şirkətləri yaradılmış əlverişli şəraitdən yararlanmağa dəvət edib.

Seminarda “TUV Rheinland” şirkətinin beynəlxalq layihələr üzrə meneceri Norbert Müllerin “İraqa göndərilən ərzaq məhsullarına sertifikatların verilməsinin ixraca birbaşa təsiri” mövzusunda təqdimatı dinlənilib.

Seminarda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Paylaş