Əsas səhifə Konfrans və sərgi Bakıda Alman-Azərbaycan biznes-forumu keçiriləcək

Bakıda Alman-Azərbaycan biznes-forumu keçiriləcək

86
PAYLAŞ

Oktyabrın 11-də Alman-Azərbaycan Xarici Ticarət Palatasının təşkilatçılığı ilə Bakıda Alman-Azərbaycan biznes-forumu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, forum Şərqi Avropa İqtisadi Əlaqələr üzrə Alman Komitəsinin və Almaniyanın Şərqi Avropa İqtisadi Birliyinin dəstəyi ilə təşkil olunur. Builki forumun əsas mövzuları logistika, sənaye və maliyyə sahələridir. Tədbirin əsas məqsədi yeni işgüzar əməkdaşlıq üçün mövcud imkanları müəyyən etmək, alman şirkətlərinin və onların Azərbaycanda olan tərəfdaşlarının layihə və təkliflərini təqdim etməkdir.

PAYLAŞ