Bakcell sayəsində 3 nəfər gənc öz kiçik bizneslərini qurmaq imkanı əldə edib

Date:

Paylaş:

“Bakcell” şirkəti “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İB-nin himayəsində böyümüş və digər internat müəssisələrindən məzun olmuş gənclərin biznes ideyalarını reallaşdırmaq üçün maliyyə vəsaiti ayırıb.

“APA-Economics” xəbər verir ki, bu dəstək sayəsində 3 nəfər gənc öz kiçik bizneslərini qurmaq imkanı əldə edib.

Həmin gənclər “Bakcell”in dəstəyilə “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası tərəfindən icra edilən “Gənclərin Karyera və İnkişaf Mərkəzi” layihəsinin benefisiarlarıdır.

““Bakcell” şirkəti uzun illərdir ki, öz Korporativ Sosial Məsuliyyət proqramı vasitəsilə xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək göstərir. Onların təhsili, bacarıqlarının artırılması, gələcəkdə iş qura bilmə qabiliyyətlərinin olması çox vacibdir. “Bakcell” və “SOS Uşaq Kəndləri” arasında əməkdaşlıq uzun illər öncə başlayıb. Sevindirici haldır ki, bu əməkdaşlıq davamlı xarakter daşıyıb və artıq gənclərə öz bizneslərini qurmağa dəstək göstərmək mərhələsinə çatıb”, – deyə “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib.

Layihənin ötən il həyata keçirilən birinci mərhələsində 15 gənc “Öz biznesinə başla və təkmilləşdir” adlı təlimlərdə iştirak edib. Onlardan 6 nəfəri öz ideyalarının biznes planını hazırlayıb. Layihələr “Bakcell”in, “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının və Beynəlxalq Əmək Təşkilatının (BƏT) ekspertlərindən ibarət qiymətləndirmə komissiyası tərəfindən qiymətləndirib. Beləliklə, ən yüksək nəticələr nümayiş etdirən 3 uğurlu biznes layihəsinin “Bakcell” şirkəti tərəfindən maliyyələşdirilməsi qərara alınıb. Bunlar  “Floristika” gül dükanı, “Şirniyyat evi” və “Çay evi“ layihələridir.

Gənclərin biznes planlarının hazırlanmasına mütəxəssislər tərəfindən dəstək göstərilib. Qiymətləndirmə zamanı biznes planın hazırlanması, ideyanın real bazar şərtlərində özünü  doğrultma imkanları,  müraciət edən şəxsin təcrübəsi və  sosial vəziyyəti və. s kimi meyarlar əsas götürülüb.

Azər Vəliyev (ad şərtidir) bir müddət çay evində çayçı və ofisiant kimi çalışıb. İşin detallarına bələddir. Biznes planı düzgün tərtib edib.

Vasif Məmmədov (ad şərtidir) gül mağazasında köməkçi işləyib. 7 ildir işçi kimi gül biznesi ilə məşğuldur. Hazırda öz gül mağazasını açmağa iddialıdır. Biznes planı mükəmməl hazırlanıb.

Aydan Əliyeva (ad şərtidir) də bir neçə ildir ki, şirniyyatçı yanında köməkçi işləyir. Əksər qənnadı məhsullarını  sərbəst hazırlamağı bacarır.

“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “Bakcell” şirkətinin maliyyə dəstəyi ilə Bakı şəhərində “Gənclərin Karyera və İnkişaf Mərkəzi” adlı layihəni ötən ilin yanvar ayından etibarən həyata keçirir. Bu layihə çərçivəsində onlarla gənc bütün lazımi avadanlıqlarla təchiz edilmiş mərkəzdə müsahibə qabiliyyətləri, CV yazmaq, karyera istiqamətləndirilməsi, mühasibatlıq, “Əmək bazarının və peşəkar orientasiyanın aktiv üzvü olmaq üçün əsas bacarıqlar” və digər təlimlərdən faydalanıblar. Təlim zamanı gənclər karyera planlaşdırılması, vakant iş yerlərinin tapılması və işəgötürənlərlə əlaqələrin qurulması, İKT bacarıqları və məşğulluq imkanları əldə etmək üçün tələb olunan ilkin İT biliklər və bacarıqlar əldə ediblər. “Öz biznesinə başla və təkmilləşdir” təlimləri BƏT-nin beynəlxalq master təlimçisi və eksperti tərəfindən həyata keçirilir.

“Bakcell” şirkəti 2009-cu ildən etibarən “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İB ilə əməkdaşlıq çərçivəsində valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclərə öz dəstəyini göstərir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...