Əsas səhifə Həyat tərzi Bahalı və lüks qadın saatları

Bahalı və lüks qadın saatları

539
PAYLAŞ

Georg Jensen Vivianna – 1.592 Dolar

1968-ci ildə İsveçli zərgər Viviana Torun tərəfindən yaradılan bu saatda illər ötdükcə bir sıra dəyişikliklər edilib. Minimalist dizaynı ilə heç bir zaman dəbdən düşməyən və zərif bir saat kimi lüks saatlar sırasında yer alır.

Cartier Tank – 1.803 Dolar

Bu saat ilk dəfə 1917-ci ildə satışa çıxarılıb. Fransa və Belçika müharibəsi zamanı istifadə edilən döyüş aparatlarından ilham alınaraq yaradılan bu saat geometrik dizaynı ilə diqqət çəkir. Dünyanın ilk kvadrat çərçivəli saatı kimi də tarixə düşüb. Şahzadə Diana, Jackie Kennedy və Michelle Obama kimi firt ladylər bu saatdan istifadə ediblər.

Rolex Oyster Perpetual – 2.363 Dolar

Dünyanın ilk su və toz keçirməz saatlarından biri olan Rolex Oyster ilk dəfə 1926-cı ildə istehsal edilib. Art Deco dizaynına sahib olan bu göz qamaşdıran modelin yaradılmasında gümüşdən istifadə edilib.

Montblanc Star Chronograph UTC – 4.216 Dolar

 

Qolları timsah dərisindən olan bu saatın iç hissəsi gümüşdən, əqrəbləri isə qızıldan istifadə edilərək yaradılıb. 30 metrə qədər suya dayanıqlı olan bu saat zərif görünüşü ilə diqqət çəkir.

Jaeger-LeCoultre Reverso – 4.290 Dolar

İlk dəfə 1931-ci ildə satışa çıxarılan bu saat elit görüntüsü ilə qadınların ən çox bəyəndiyi saatlardan biridir. Hazırda istehsal edilən bir çox saat modelindən daha dayanıqlı və gözəl dizayna sahibdir.

Breguet Order No. 2.639

İstehsal edilən ilk bilək saatı olmaqla yanaşı ən ikonik qadın saatlarından biri olan Breguet Order təkrar olunmaz sənət əsəridir sanki. Napalyonun kiçik bacısı üçün özəl olaraq istehsal edilən bu saatın 200 illik tarixi var.

 Breguet Marie-Antoinette – 28.7 Milyon Dolar

Breguet Marie-Antoinette

Dünyada bənzəri olmayan bu saat Marie Antonietteyə bir heyranı tərəfindən hədiyyə edilib. 1782-ci ildən 1827-ci ilə qədər istehsal edilib. Çox qiymətli daş-qaşlarla bəzədilən bu saatın qiyməti 28.7 milyon dollardır.

Dünyanın ən bahalı saatları

PAYLAŞ