“Bəzi iş adamları həmkarlar təşkilatının yaradılmasına maneçilik törədir”

2
678

“Əfsuslar olsun ki, bəzi iş adamları həmkarlar təşkilatının yaradılmasına maneçilik törədir”.

Bunu “Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda keçirilən konfransda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev bildirib.

O, sahibkarları beynəlxalq konvensiyalara əməl etməyə səsləyib: “Bəzi sahibkarlar deyir ki, fəhlə mənimdir, istəsəm məzuniyyət verməyəcəyəm, istədiyim vaxt işdən azad edəcəyəm. Belə olmaz. Beynəlxalq konvensiyalar var, onları oxumaq, bilmək lazımdır. Yaxşı gəliri olan sahibkarlar həmkarlar təşkilatınının yaradılmasına çalışmalıdır”.

S.Möhbalıyev qeyd edib ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) həmkarlar təşkilatına 5 mln. manat vəsait ödəyir.

 

© Report

2 COMMENTS