Azərbaycanlı Tallinin vitse-meri olacaq

Date:

Paylaş:

Həmvətənimiz Züleyxa İzmayılova Tallinin vitse-meri olacaq. “Estoniya Yaşılları” partiyasının sədri Züleyxa İzmayılova haqqında ictimaiyyət bir o qədər də məlumatlı deyil.

Bizplus.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Z.İzmayılova 1985-ci ildə Tallində dünyaya göz açıb. Anası eston, atası azərbaycanlıdır. O, atasının vəfatınadək Azərbaycanda yaşayıb, sonra Estoniyaya qayıdıb. Z.İzmayılovanın iki övladı var. Həyat yoldaşı Yoonas Laks yol tikintisi ilə məşğul olan TREV-2 firmasında iri layihələrin satış rəhbəridir.

Bundan əvvəl Z.İzmayılova özünü mediada jurnalist, müstəqil fotoqraf və fəal kimi təqdim edib. O, ətraf mühitin qorunması məsələləri ilə məşğul olan “Estoniya Yaşıllar Hərəkatı” təşkilatında könüllü kimi fəaliyyət göstərib. 2005-ci ildən siyasətlə məşğul olmağa başlayan Z.İzmayılova Sosial-Demokrat Partiyasına qəbul edilib. 2012-ci ilədək həmin partiyanın üzvü olub, iki il bitərəf qalıb, sonra “Estoniya Yaşılları”na qəbul olunub. 2017-ci ilin martından bu partiyanın sədridir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...