Azərbaycanlı milyarder kosmos dövləti yaratdı: Ayda “Asqardiya” ölkəsi

Date:

Paylaş:

Əslən azərbaycanlı olan rusiyalı milyarder İqor Aşurbəyli yeni kosmik dövlət yaradıb.

Bu barədə məlumatı “Nyusvik” jurnalı yayıb. Jurnal yeni dövlətin adının Asqardiya olduğunu bildirib.

Asqardiya Yerdə hansısa əraziyə sahib olmasa da, artıq onun vətəndaşlığına sahib olmaq istəyən 200 min şəxsin olduğu açıqlanıb. Yeni dövlətin Ayda yaşayış məskənləri tikməsi planları olduğu vurğulanıb.

Yeni dövlətin özünün konstitusiyası, bayrağı, himni, seçilmiş nümayəndələri var. Asqardiyanın milli valyutası SOLAR kriptovalyutası hesab edilir.

Dövlətin yaradıcısı olan Aşurbəyli Asqardiyanın heç kimdən asılı olmayacağını elan edib:

“Biz Yerdən asılı olmayan ölkə yaradırıq. Bizim həmçinin Yerin asteroidlərdən müdafiə donanmamız da olacaq. Asqardiya dövlətdən daha çox, insanlığın inkişafında yeni addım olacaq. Kosmik məkan sonsuzdur. Kosmosda aparılan tədqiqatlar Homo Sapiensə (Ağıllı insan) imkan verəcək ki, öz növünü ölməz etsin”.

Qeyd edək ki, Asqardiya adı Skandinaviya əfsanələrindən birində yer alan səma şəhəri Asqarddan götürülüb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...