Azərbaycanlı diplomat xanımın Türkiyədə yaratdığı çanta biznesi

Date:

Paylaş:

2008-ci ildən bu yana təsirini hələ davam etdirən qlobal iqtisadi böhranda hər kəs sığınacaq liman axtarır. Kimin üçün bu liman qızıl, kimin üçün dollardır. Bəziləri investisiya etməyi, digərləri isə sərmayədən qaçmağı risk hesab edir. Ancaq böhranlar iş dünyasında qadınların rolunu artırır, qadın istehlakçıların vərdişləri belə dövrlərdə fərqlilik göstərir. Yəni qadınlarla bağlı biznes qurursunuzsa, dünyada iqtisadi bir böhranın baş verməsi sizin üçün dönüş nöqtəsi ola bilər.

nabat garakhanova nabat qaraxanova

İtalyan çanta markası ‘O bag‘ da elə bu uzaqgörənlik sayəsində yaradılıb. Altında maraqlı bir yenilik fikri yatır. O Bag bir qadının davamlı şəkildə eyni çantanı istifadə etməkdənsə istədiyi zaman rəngini, görünüşünü dəyişdirə və yenə də eyni çantanı istifadə edə biləcəyi model yaratmaq fikrini həyata keçirib. Belə ki, öz çantanızı özünüz dizayn edirsiniz. Çantanın gövdəsini, qulpunu, zəncirini və aksesuarını ayrı-ayrılıqda ala bilir və zövqünüzə uyğun bir çanta yarada bilirsiniz. Yəni çantanızın dizayneri siz olursunuz.

“O bag” üçün Mezo Moda şirkətini yaradıb

Bu çantaları Türkiyəyə gətirən isə azərbaycanlı diplomat bir ailənin qızı olan Nabat Qaraxanovadır. Nabat Qaraxanova diplomat ailəsində doğulub, Türkiyənin Qalatasaray Universitetinin beynəlxalq əlaqələr fakültəsini bitirib. 5 dil bilir və İslam Konfransı Təşkilatının Gənclər Forumundakı işindən ayrıldıqdan sonra biznes qurmağı qərara alıb. Bir müddət özü də diplomatik işlərlə məşğul olan Nabat, 2014-ci ildə qurduğu Mezo Digital ilə iş həyatına başlayıb. Qısa müddət sonra xaricdə gördüyü “O Bag“ı 20 ildən uzun zamandır yaşadığı Türkiyəyə gətirib. Qurduğu Mezo Moda ilə həm Türkiyənin həm də ətraf ölkələrin nümayəndəliyini öz üzərinə götürüb.

Türkiyədəki ilk O bag mağazasını Kanyon’da açan Mezo Moda’nın İstanbulda üç, Alaçatıda bir mağazası var. Qısa müddət ərzində O bag mağazaları bütün Türkiyə ərazisində fəaliyyət göstərməyə başlayacaq. Nabat Qaraxanova “Türkiyədə hər zaman sərmayə etmişik və yenə edəcəyik” deyir.

nabat garakhanova nabat qaraxanova

Çanta ilə yanaşı saat kimi aksesuarların da mağazalarında satıldığını söyləyən Qaraxanova “Böhranlar qadınların alış-veriş həyəcanını azaltmır. Sadəcə olaraq daha rahat məhsullara yönəlirlər. O bag bu mənada olduqca diqqətlərini çəkir. Çünki çantaların rənglərini, tərzlərini dəyişdirəcək aksesuarlarla fərqli məhsuldan istifadə etdikləri hisslərini yaşayırlar.

O bagın nümayəndəliyini üzərinə götürdüyü ölkələr arasında Azərbaycan və Gürcüstan da yer alır. Qaraxanova yaxın zamanda bu ölkələrdə də mağazalar yaradacağını bildirir.

Öz biznesini quran azərbaycanlı gənc iş qadınları

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...