Azərbaycan Rusiyada iki mehmanxana tikəcək

0
690

Azərbaycan Rusiyanın Stavropol diyarında iki mehmanxana inşa edəcək. Bunu “Rusiya İxrac Mərkəzi”nin baş direktoru Pyotr Fradkov bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Stavropol diyarı turizm sahəsində əməkdaşlığı və ticari-iqtisadi münasibətləri fəal şəkildə inkişaf etdirirlər: “Bunu bu yaxınlarda imzalanmış Kislovodskda və Jeleznovodskda iki mehmanxananın tikintisi haqqında saziş də sübut edir”.

P.Fradkovun sözlərinə görə, hazırda Stavropol diyarı Azərbaycana bir milyon tondan çox taxıl ixrac edir ki, bu da respublika əhalisinin tələbatını tamamilə təmin edir.

Onun fikrincə, yeni mehmanxanaların tikintisindən sonra Azərbaycandan Stavropola turist axını artmalıdır.

© Trend