Azərbaycan ötən il Çinə 1 mln. dollarlıq şərab ixrac edib

0
728

Azərbaycan 2017-ci ildə 6 mln. ABŞ dolları dəyərində şərab ixrac edib.

“Report” xəbər verir ki, bunu Azərbaycan-Çin iqtisadi əlaqələrinə dair mətbuat konfransında iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, ixracın 1 mln. dollarlıq hissəsi Çinin payına düşüb: “Bu isə 2016-cı illə müqayisədə 2 dəfə çoxdur”.

Nazir həmçinin qeyd edib ki, bu ilin sonuna Şanxayda Azərbaycan şərab evinin açılışı planlaşdırılır.