Əsas səhifə Biznes Azərbaycanlı iş adamları Minskdə biznes mərkəzi inşa etdirirlər

Azərbaycanlı iş adamları Minskdə biznes mərkəzi inşa etdirirlər

203
PAYLAŞ

Azərbaycanlı sahibkarlar Vasif İsmayılov və Aqibət Məmmədov Belarusun paytaxtı Minskin mərkəzində keçmiş Çerven bazarının qarşısında biznes mərkəzi inşa etdirirlər.

Tikinti işlərinə 2016-cı ilin sonlarında başlanılıb.

Layihə memar Boris Şkolnikovun studiyası tərəfindən hazırlanıb. Mayakovski və Aranskya küçələrinin kəsişməsində yerləşən 7 mərtəbəli inzibati bina təxminən 7,5 min kvadratmetr sahəni tutacaq. Burada ofislər, ictimai obyektlər, əməkdaşlar və qonaqlar üçün yeraltı avtomobil parkı yerləşəcək. İşlərin 2019-cu ilin may ayında başa çatdırılacağı gözlənilir.

Qeyd edəkl ki, V.İsmayılovun tikinti şirkəti 2013-cü ildə Belarusun Azərbaycandakı yeni səfirliyini inşa edib. A.Məmmədovun şirkəti isə Azərbaycanda körpülər və su kəmərləri inşa etməklə tanınır.

©report

PAYLAŞ