Əsas səhifə Texnologiya Azərbaycanın onlayn tibb portalı Avropa və Asiya bazarlarına daxil olmağı planlaşdırır

Azərbaycanın onlayn tibb portalı Avropa və Asiya bazarlarına daxil olmağı planlaşdırır

189
PAYLAŞ

“Həkim Tap” tibb sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətdir. Şirkət artıq Azərbaycan, Gürcüstan, Pakistan, Qazaxıstan və Ukraynada fəaliyyət göstərir, ilin sonuna kimi isə daha on ölkədə fəaliyyətə başlamağı nəzərdə tutur. Gələcəkdə Avropa və Asiya bazarlarına daxil olmağı planlaşdırırıq. “Həkim Tap” həm də artıq Azərbaycanın ən geniş onlayn tibb portalıdır və bizim xidmətlərimizdən hər gün on minlərlə insan faydalanır. İstər peşəkar tibb işçiləri, istərsə də adi istifadəçilər www.hekimtap.com linkinə daxil olaraq axtardıqları məlumatları rahatlıqla əldə edə bilərlər.

Bu sözləri şirkətin Azərbaycandakı rəhbəri Rüfət Həsənzadə bildirib.

Onun sözlərinə görə istifadəçilər burada müxtəlif kriteriyalara görə həkim seçimi edə bilərlər. Həkim axtarışı məkana, təcrübəyə, elmi məqalə və ya təklif edilən aksiyalara görə həyata keçirilir.

“Bu beynəlxalq layihə olduğu üçün gələcəkdə bir sıra beynəlxalq konqreslər və təhsillə bağlı böyük tədbirlərin də keçirilməsini nəzərdə tuturuq” – deyə R.Həsənzadə əlavə edib.

© Azərtac

PAYLAŞ