Əsas səhifə Şirkətlər Azərbaycanın invesitisiya layihəsi Londonda mükafata layiq görülüb

Azərbaycanın invesitisiya layihəsi Londonda mükafata layiq görülüb

73
PAYLAŞ

Londonda əmlak məsələləri ilə məşğul olan peşəkarların mükafatlandırıldığı Avropa Əmlak Mükafatlarının (“European Property Awards”) təltifetmə mərasimi keçirilib. Mükafatlandırma mərasimində “Azmont Investments” şirkəti Avropa Əmlak Mükafatları tərəfindən “Portonovi” layihəsinə görə “Monteneqro üçün qarışıq istifadə arxitekturası” və “Monteneqro üçün qarışıq istifadənin hazırlanması” kateqoriyaları üzrə beş ulduza – ən yüksək mükafatlara layiq görülüb.

“Report” bu barədə şirkətə istinadən xəbər verir.

“Bu mükafatlara layiq görülmək bizi qürurlandırmaqla yanaşı, anlayırıq ki, bu, bizim və tərəfdaşlarımız üçün əlavə bir məsuliyyətdir. Sözügedən sahənin liderləri və mütəxəssisləri tərəfindən qiymətləndirilmək bizə baxışlarımızı reallaşdırmağa və “Portonovi” istirahət kompleksini Monteneqronun ən möhtəşəm hissəsində əsl lüks tərzini əks etdirən məkana çevirməyə stimul verir”, – deyə “Azmont Investments” şirkəti Müşahidə Şurasının sədri Ahmet Erentok bildirib.

Beynəlxalq Əmlak Mükafatları müxtəlif ölkələrin yaşayış və kommersiya əmlakı üzrə peşəkarlar üçün açıqdır. Artıq 26 il fəaliyyət göstərən bu mükafat daşınmaz əmlak sektorunda fəaliyyət göstərən şirkətlərin ən təqdirəlayiq nailiyyətlərini qiymətləndirir. Avropa Əmlak Mükafatları sahə üzrə 70 müstəqil ekspert paneli tərəfindən müəyyən edilir. Layihələrin qiymətləndirilməsi dizayn, keyfiyyət, xidmət, innovasiya, orijinallıq və dayanıqlı inkişaf meyarlarına əsaslanır.

“Portonovi” Monteneqro sahilində dağ və dəniz arasında yerləşən zövqlü çoxməqsədli istifadə üçün nəzərdə tutulmuş istirahət kompleksidir. Layihə 2012-ci ildən etibarən Monteneqronun aparıcı investorlarından sayılan “Azmont Investments” şirkəti tərəfindən həyata keçirilir.

“Azmont Investments” şirkətinin əsası “Azerbaijan Global Investments” (Azərbaycanın aparıcı investisiya şirkətlərinin konsorsiumu) şirkəti tərəfindən Monteneqroda qoyulub. Dəyəri 650 mln. avro olan “Portonovi” layihəsi 2012-ci ildə “Azmont Investments” şirkəti tərəfindən Monteneqro bazarına daxil olarkən hazırlanıb.

PAYLAŞ