Əsas səhifə Biznes Azərbaycanda yeni sahibkarlıq növü: Əksəriyyəti qadınlardır

Azərbaycanda yeni sahibkarlıq növü: Əksəriyyəti qadınlardır

452
Paylaş

 

Mikro sahibkarlıq 

Mikro sahibkarlıq subyektləri o şəxslərdir ki, özünün maliyyə vəziyyətinə əsaslanaraq ümumi maliyyə xidmətlərindən istifadə edə bilmirlər. Sahibkarlığın bu növü inkişaf etməkdə olan ölkələrdə ümumi məşğulluq forması hesab edilir. Ümumiyyətlə, mikro sahibkarlığın yayılması birbaşa regionların iqtisadi vəziyyətindən asılıdır. Qərbi Avropa və Şimali Amerikada mikro sahibkarlıq fəaliyyəti, demək olar ki, yoxdur. Dünyanın digər regionlarında isə – Anqolada, Banqladeşdə, Braziliyada, Venesuelada, Vyetnamda, Dominikan Respublikasında, Misirdə, Haitidə, Hindistanda, İndoneziyada, İordaniyada, Keniyada, Çində, Kolumbiyada, Konqoda, Livanda, Madaqaskarda, eləcə də, Meksika və Monqolustan, Mərakeş, Nigeriya, Pakistan, Peru, Seneqal, Tacikistan, Filippin, Cənubi Afrika kimi ölkələrdə mikro sahibkarlıq statusu mövcuddur. Mikro sahibkarların 99 faizi qadınlardır.

Mikro sahibkar nə ilə məşğul olur?

Mikro sahibkarların fəaliyyəti geniş olmur. Məsələn, kənd təsərrüfatında mikro sahibkarların fəaliyyətinə qida məhsullarının becərilməsi, emalı və satışı daxidir. Şəhər şəraitində mikro sahibkarlar, adətən, küçələrdə, metroların qarşısında ticarətlə, kiçik yüklərin çatdırılması, şəbəkə marketinqi  ilə məşğul olurlar.

Mikro sahibkarlığın iqtisadiyyata  töhfəsi çox böyük olmasa da (onlar vergidən yayına bilir), sosial əhəmiyyətləri böyükdür. Mikro sahibkarlıq onların kasıba öz biznesinə başlamaq imkanı yaradır. Eləcə də, inkişaf etməkdə olan ölkələrdə ailə təsərrüfatlarını böhrandan sığortalayır.

Paylaş