Əsas səhifə Texnologiya Azərbaycanda pulsuz wifi

Azərbaycanda pulsuz wifi

1200
PAYLAŞ

 Azərbaycan və Pulsuz internet

Dünyada olduğu kimi Azərbaycanda da bir çox ictimai iaşə obyektləri var ki öz müştərilərinin marağını çəkmək üçün ödənişsiz internet təklif edir. Zaman ötdükcə ödənişsiz təqdim olunan internet imkanları da gəlir mənbəyinə çevrildi. Belə ki, reklamlarında yer aldığı wifi-lar, müştərinin rahatlığını təmin edərkən sahibkarların da gəlir mənbəyinə çevrilir. Bu gün internet üzrərində tətbiq olunan reklam ən məşhur tanıtım vasitələrindəndir. Çünki müasir dövrdə internet insanların gündəlik həyat tərzinin bir parçasına çevrilmişdir. 2016-cı ildə dünya əhalisinin 46,1%-i, yəni 3,5 milyard nəfəri internetdən istifadə etmişdir. Bu göstərici hər keçən gün artmaqdadır. İnternetin inkişafı internet medianın da sürətlə yayılmasına səbəb olmuşdur. Bu gün internet reklamı televiziya reklamıyla ən yaxşı tanıtım nominasiyasında birinciliyi paylaşır.
2015-ci ildə 181,4 milyard ABŞ dolları dəyərində olan qlobal reklam bazarı gəlirlərinin 60 milyard dolları, yəni üçdə biri internet reklamının payına düşür. Eyni zamanda internet reklamlarının da mənbələr üzrə inkişaf tempinə baxsaq mobil reklamların son illər çox sürətlə artdığının şahidi olarıq.
Internet reklamın bir parçası da wifi üzərindən təqdim olunan reklamlardır.

ASAN Wi-Fi

Bu gün ölkəmizdə ən yaxşı WiFi reklam modeli “ASAN xidmət” mərkəzlərində təqdim olunur.
ASAN Wi-Fi müxtəlif əməliyyat sistemləri və veb brauzerlərdə reklamların göstərilməsi ilə bağlı yaradılmış bir platformadır.
ASAN Wi-Fi pulsuz internet şəbəkəsinə qoşulan vətəndaşlar öz smartfon, tablet və ya noutbukları vasitəsilə müəyyən edilmiş vaxt intervalı ərzində reklam izləyəcəklər. Gələcəkdə, bu sistemin insanların kütləvi şəkildə toplandığı yerlərdə – ticarət mərkəzləri, parklar, restoranlarda və s. yerlərdə quraşdırılması da nəzərdə tutulur. Bununla da reklam auditoriyası daha da genişlənəcək və şirkətlər tərəfindən verilən reklamlara daha çox insanlar baxa biləcək. Gün ərzində, Bakı şəhərində yerləşən hər bir Asan Xidmət Mərkəzinə 2000-ə yaxın vətəndaşın müraciət etdiyini nəzərə alsaq, tərəfdaş şirkətlərin reklamlarının izlənilməsi üçün böyük auditoriya mövcuddur.
ASAN Wifi tanıtım üçün ən yaxşı vasitələrdəndir. Gün ərzində “ASAN xidmət” mərkəzlərinə ümumilikdə 20000-ə qədər insanın axın edir bu isə ASAN WiFi-da yayımlanan reklamın minlərlə insana çatması deməkdir.
Digər onlayn reklam formalarından fərqli olaraq ASAN Wi-Fi sistemində reklamlara mütləq baxış həyata keçirilir və daha sonra internetə qoşulma baş verir.
ASAN WiFi-da reklam yerləşdirmək də qiymət baxımında sərfəlidir. Baxış sayı (minimum 15 000) 0,025 manat olaraq hesablanır.
Bir sözlə ASAN WiFi ilə həm “ASAN xidmət” mərkəzlərinə gəlmiş vətəndaşlar pulsuz və surətli internetdən yararlanır həm də Wifi vasitəsilə öz məhsulunu reklam edən sahibkar tanıtım üçün geniş kütlə qazaınır.

PAYLAŞ