Əsas səhifə Avtomobil Azərbaycanda minik avtomobilləri 7% bahalaşıb

Azərbaycanda minik avtomobilləri 7% bahalaşıb

84
avtomobillər

Azərbaycanda 2017-ci il ərzində minik avtomobillərinin qiymətləri əvvəlki illə müqayisədə 7,1% artıb.

“Report”un rəsmi statistikaya əsasən verdiyi xəbərə görə, minik avtomobillərinin ehtiyat hissələri ötən il ərzində 11,9%, velosiped isə 13,3% bahalaşıb.

Hesabat ilinin dekabr ayında əvvəlki ayla müqayisədə minik avtomobillərinin qiymətləri dəyişməz qalıb, ehtiyat hissələri və velosipedlərin qiymətlərində 0,1% artım qeydə alınıb.

Qeyd edək ki, 2017-ci ildə illik inflyasiya 12,9%, 2017-ci ilin dekabrında aylıq inflyasiya isə 0,5% olub.

Paylaş