Əsas səhifə Turizm “Azərbaycanda hotel açmaq istərdik”

“Azərbaycanda hotel açmaq istərdik”

48
PAYLAŞ

Azərbaycan GRAND HOTEL KEMPINSKI GENEVA üçün prioritet istiqamətlərdəndir.

Bunu müsahibəsində hotelin baş direktoru Tyerri Lavalle deyib.

Onun sözlərinə görə, “Kempinski” ilk növbədə Azərbaycanın paytaxtında, Bakıda hotel açmağa üstünlük verir: “Əgər biz tərəfdaş tapsaq, mütləq Azərbaycanın turizm biznesində iştirak edəcəyik. Bakı həqiqətən də bizim üçün prioritet istiqamətdir. Hotel biznesində paytaxtdan başlamaq lazımdır, daha sonra isə ölkə daxilində genişlənməyi fikirləşmək olar”.

Qafqaz regionunda “Kempinski”nin iştirak perspektivlərindən danışan T.Lavalle deyib ki, bu region onlar üçün prioritetlər arasındadır: “Biz bu regionun uğurlu inkişafına inanırıq. Əlbəttə ki, biz ilk növbədə yaxın gələcəkdə Azərbaycanda hotel açmaq istərdik, daha sonra Gürcüstanda da iştirak haqqında düşünmək olar”.

T.Lavalle əlavə edib ki, Azərbaycanla yanaşı “Kempinski” Rusiya və Qazaxıstanda iştirak etməkdə maraqlıdır.

© Trend

PAYLAŞ