Əsas səhifə Müsahibə Fərid Məhərrəmli: «Azərbaycanda hər iki startupdan 1-i qlobala çıxır»

Fərid Məhərrəmli: «Azərbaycanda hər iki startupdan 1-i qlobala çıxır»

2692
Paylaş

Bu dəfəki müsahibimiz tedbirli.com, xariceget.com kimi məşhur layihələrin təsisçisi gənc təşəbbüskar Fərid Məhərrəmlidir.

– Fərid Məhərrəmli kimdir?

— Düzünə qalsa hələ mən də cavab tapmamışam amma insan olaraq özümü insanlıq üçün yaşadığım dünya üçün faydalı ola biləcək bir şeylər etməyə çalşan insan kimi görürəm və ya görmək istəyirəm. Amma qısaca balaca bir kənddə doğulub dünyanı fəth etmək ambisiyası olan bir adam kimi görürəm özümü.

– Startup aləminə qatılma hekayəniz nə zaman və necə başladı?

— Bu hadisə 2016-ci ilin fevral aylarına təsadüf edir o zamana qədər mənim təkcə innovasiya.com saytım var idi digital sahə ilə çox da əlaqəm yox idi. Bir gün evdə yatanda bir türk nömrəsindən zəng gəldi. Uzun danışıqdan sonra aydın oldu ki, bu adam Azərbaycana startap qurmağa gəlir və məni də məhz innovasiya.com qeydiyyatı üzərindən tapıb. Bakıya gəldi, qarşıladım. Evimdə saxladım və bu adamı Azərbaycandakı startap dünyası ilə tanış edə-edə özüm də tanış olmağa başladım. Sonra həmin adamın layihəsi ilə Barama mərkəzinə müraciət etdik və bizi qəbul etdilər. Mənim İT biliklərim olmadığna görə özümə tez bir zamanda bu sahədə olan güclü tərəfdaşlar tapdım. Sonra isə tez-tez startapçılar toplaşan tədbirlərdə oldum. Ünsiyyət sahəsində çox bacarıqlı olduğmu düşünürəm elə bu səbəbə görə də tezliklə hər kəs qəbul etdi. Beləliklə artıq bu uzun yola başladıq. Gördüyünüz kimi davam edirik.

– Sizi startup aləmində tedbirli.com-un təsisçisi kimi tanıyırlar. Necə oldu ki, belə bir layihə yaratmaq qərarına gəldiniz?

— Düzü bu layihə çıxılmaz bir durumda köməyimə çatdı və anidən yarandı. Türkiyədən gələn dostumuzun anidən işləri çıxdığna görə və layihəsi tutmadığna görə Barama mərkəzini tərk etməli oldu o tərk etdiyinə görə qaydalara əsasən mən də çıxmalı idim. Həmin an rəhbərliyə dedim ki, belə bir ideam var və mənə 1 ay şans verin mən bu layihəni edim. Bu ideyanı isə köhnə layihə üçün məlumat axtaranda türk dostum göstərmişdi. Mən də beynimin bir yerinə not etmişdim. Sonra tez oturub layihəni qurdum və indiki iki ortağım olan Ramil HüseynovBeycan Beycanovu çağırdım. Sağ olsunlar onlar da mənlə 20 gün ofisdə qalaraq bu layihəni qurduq. Yeri gəlmişkən hər kəs məni tedbirli.com-un sahibi kimi tanısa da əslində layihənin 33%-i mənə məxsudur. Qalanı yuxarda adını qeyd etdiyim iki dostuma məxsudur. Beləliklə layihə zamanla təkmilləşdi və insanlar layihəni sevməyə başladı.

– Layihəni yaradan zaman sizə investisiya dəstəyi göstərən oldu yoxsa maddi dəstəyi özünüz qarşıladınız?

— Xeyr bizə heç vaxt investisya dəstəyi olmayıb ən əsası isə biz bunun marağında belə olmamışıq. Bütün yatırımları digər işlərdən əldə etdiyim gəlirlərdən etmişəm. Amma tedbirli böyük layihə olduğna görə bizim üçün investisya yatırım layihəni daha sürətli qabağa aparacaq. Hazırki tedbirli bizim düşündüymüz tedbirlinin sadəcə 10%-i təşkil edir. Yaxşı investisya və ağıllı menecment parlaq uğur deməkdir. Təbii ki, bu müddət ərzində 2.000 manatdan çox pul xərcləmişəm tedbirli üçün lakin yaxşı invesment olsa idi biz bu gün düşünləndən daha uğurlu ola bilərdik.

– Başqa hansı layihələriniz var?

— Bəli hazırda bir neçə layihəmiz işləyir bir neçəsini isə planlayırıq. Lakin praktik olaraq heç biri işin içində deyiləm sadəcə kənardan dəstək verirəm. Xariceget.com layihəmiz var. Əvvəllər innovasiya içərsində idi hazırda ayrı bir layihədir. Beynəlxalq projelərlə bağlıdır və hal-hazırda stabil gəlir əldə edirik. Videonews.az layihəmiz youtubela paralel işləyən yerli video platformasıdır. Düzü çox bəyəndiyimiz bir layihə olsa da hal-hazırda gözləntilərimizi ala bilmirik bəlkə də zamanı deyil. Əvvələr millimedia.info portalmız var idi və bu yaxında Plus Group–a satdıq. Hal-hazırda sentyabr ayına açılışını edəcəyimiz online parfum shop üzərində işləyirik. İlin sonuna bir elektron jurnal da düşünürük. Hələ ki, bu qədər deyə bilərəm.

— Qlobala nə vaxtsa çıxmağı düşünürsünüzmü? Və ya niyə çıxmırsız?

— Düzünə qalsa Azərbaycandan hər iki startapdan 1-i qlobala çıxır. Bu yaxşı haldır amma qlobal biz düşündüymüz qədər sadə və balaca deyil ki, hazırki nəticələr də onu göstərir ki, hələ hazır deyilik. Hər bir şeyin şərtləri var. Biz hal-hazırda həm maliyyə çəhətdən həm də kadr cəhətdən qlobalın şərtlərini ödəyə bilmirik. Əgər bu şərtləri ödəsək bir dəqiqə gözləmədən qlobalda düşündüymüz layihəni edərik. Amma belə görsənir ki, hələ bir neçə il biz Azərbaycanda el dili ilə desək tutzdurmağa çalışacağıq.

— Startapların belə tez yaranıb bağlanmasına münasibətiniz necədir?

— Bunu çox adam tənqid edir amma qətiyyən qəbul etmirəm. Startap zavod deyil ki, onu açıb sonra da bağlayanda böyük problemlər olsun. Bir gecənin içində əgər bir starap qurulursa bir gecənin içində bağlanması normaldır. Əslində tez-tez startapların batması da yaxşı haldır ki, biz artıq bazarın problemlərini və istəklərini daha aydın şəkildə bilə bilirik. Bir gün məndə elə vəziyyətdə ola bilərəm ki, bütün startaplarmı bağlaya bilərəm amma bu mənim uğursuz olduğum mənasına gələ bilməz. Bir də hər startapın başında duran insandır bunu heç vaxt unutmaq olmaz. Hər kəsin də özünə görə bir haqlı səbəbi var layihəsinin batmasında və ya qalxmasında. Ümumilikdə bu sahədən adiyyəti olmayan insanların tənqidləri heç doğru deyil. İnsanları motivasiyadan salmaqdan başqa heç bir faydaları yoxdur. Bir də hər şey kənardan göründüyü kimi deyil bilmək üçün işin içində olmaq lazımdır.

– Sizcə layihənin uğur qazanması üçün ən vacib amillər nələrdir?

— Bu layihə və şərtlərə görə dəyişir lakin mənə görə ilk şərt uğurlu komanda və ortaqlıqdır, sonra isə düzgün idarəetmə. Təbii ki, burda maliyyə və idea məsələləri də ciddi rol oynayır. Bizim bu gün ciddi maliyyəmiz və qeyri-adi ideamız olmasa belə yaxşı yol xəritəmiz və möhkəm komandamız var ki, bu qədər işi bir arada görə bilirik. Məncə hər kəs öz layihəsi üçün öz uğur formulunu özü tapmalıdır.

– Tedbirlinin keçirdiyi Social Party böyük marağa səbəb oldu. Bunun səbəbi nə idi?

— Doğrudur bu sezonun ən səs-küylü layihəsi oldu burda məqsəd sadə idi biz hər kəs salam biz gəldik demək idi. Amma bu salam çox samballı oldu. Maraqlı konsepsiya hər zaman insanların diqqətində olur elə buna görə də bu qədər səs küy qazandıq. Bu party social mediada 150.000 insana çatmışdı özüdə 0 manat xərcləmişdik. Ümumiyyətlə biz ilk dəfə edirdik hər şey ilk dəfə olurdu amma bu qədər gurultu olacağını düşünmürdük. Amma yaxşı ki oldu və tanımayanlar bir daha tanıdı.

— Sizi çoxlu dəstəkləyən adamlar olsa da haqqınızda çox şayələr gəzir buna fikriniz?

— Bilirsiz səhər saat 9:00-da qalxıb işə gedirəm axşam saat 19:000-a qədər şirkətdə işləyirəm. Düzü işimi və mühiti o qədər çox sevirəm ki, bir dəqiqədə işdən kənar vaxtım olmur. İşdən sonar isə Barama mərkəzinə gəlib layihələrlə komanda dostlarım ilə gecə saat 11-12 radələrinə qədər işləyirəm yəni qısacası günün 14-15 saatını işləyən bir adamam. İnsanların mənim haqqımda dediklərinə nə dinləməyə nə də araşdırmağa səmimi deyirəm vaxtım yoxdur. Əgər həqiqətən haqqımda kimlərsə mənfi və ya müsbət öz dəyərli vaxtlarından ayırıb danışırsa buna sevinərəm ki, həqiqətən lazımlı bir insanam ki, insanlar məni müzakirə edir. Kimisə facebookda yazılarına görə tərifləmək və tənqid etmək doğru deyil. Əslinə qalsa dostluğumda 4.000 ə yaxın adam var çoxunu real həyatda görməmişəm axı onlar mənim haqqımda nə qədər obyektiv olar? Həmdə bu ölkədə uğurlu insanlara çamur atmaq adətdəndir. Fikir verməyin…

– Az yaşınızda bu qədər işlər görürsünüz. Maraqlıdır sizi nə motivasiya edir?

— Desəm gülməli gələr amma mən işkolik adamam dediyim kimi günün 14-15 saatını rahat işləyirəm düşünürəm işləməsəm depressiyaya düşüb intihar falan edərəm yəqin ki, amma işləmək zehini əmək və ondan sonra gələn yorğunluq qədər məni xoşbəxt edən heç nə yoxdur. Çox insanı tanısam da işlədiyim eyni sahədən olan adamlarla axşam saat 12-dən sonar Bulvarda armudu istəkanda limonlu 1-2 istəkan çay içmək qədər ecəzkar heç nə yoxdur. Düşünürəm doğlumağımın bir səbəbi var bu dünyaya bir məqsəd üçün göndərilmişəm və o məqsədə çatmaq üçün bir yol var o da dünya üçün yaxşı işlər görməkdir. Hələ ki, bu qədər deyə bilərəm.

– Sonda öz işini qurmaq istəyən insanlara nə məsləhət görərdiniz?

— Uzun-uzadı məsləhət vermək mənə görə deyil sadəcə deyəcəyim sevəcəyniz bir iş tapın sonra bu işi üçün uzun məqsəd qoyun və hər gün yeni bir imkan kimi düşünüb həvəslə erkəndən oyanıb işə qaçmaq lazımdır.

Paylaş