Əsas səhifə Biznes Azərbaycan şirkəti BƏƏ-yə fındıq ixrac edəcək

Azərbaycan şirkəti BƏƏ-yə fındıq ixrac edəcək

319
Paylaş

Dubayın (Birləşmiş Ərəb Əmirlikləri – BƏƏ) Beynəlxalq Ticarət Mərkəzində keçirilən “Gulfood 2018” Beynəlxalq Ərzaq Sərgisində “Made in Azerbaijan” vahid ölkə stendi ilə nümayiş olunan Azərbaycan məhsulları ziyarətçilər, potensial müştərilər tərəfindən maraqla qarşılanır.

“Report” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, artıq sərgidə Azərbaycanın “Azhazelnut” şirkəti ilə BƏƏ-dən olan şirkət arasında 40 ton fındıq ləpəsinin ixracına dair müqavilə imzalanıb.

Bundan başqa, Azərbaycanın süd və şirniyyat məhsullarının Səudiyyə Ərəbistanı, Tunis və BƏƏ-də distributorluğunun açılması məqsədilə xarici şirkətlərin təklifləri müzakirə olunur.

Paylaş