Əsas səhifə İnvestisiya Azərbaycan Gürcüstanın bir nömrəli investoru olaraq qalır

Azərbaycan Gürcüstanın bir nömrəli investoru olaraq qalır

257

Gürcüstanın Milli Statistika İdarəsinə istinadən verdiyi xəbərə əsasən, cari ilin 9 ayında Azərbaycan Gürcüstana 378,3 mln. dollar investisiya yatırmaqla bu adı qoruyub.

2017-ci ilin təkcə üçüncü rübündə Azərbaycan Gürcüstana 154,1 mln. dollar investisiya yatırıb. Azərbaycandan olan investisiyaların payı Gürcüstana yatırılmış birbaşa xarici investisiyaların ümumi həcmində 25,9% təşkil edib.

Cari ilin üçüncü rübündə Gürcüstana yatırılmış birbaşa xarici investisiyaların ümumi həcmi 594,5 mln. dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,6% çoxdur. Cari ilin üç rübündə qonşu ölkənin iqtisadiyyatına ümumilikdə 1 mlrd. 346,5 mln. dollar xarici investisiya qoyulub.

Bu il Azərbaycandan sonra Gürcüstana ən çox investisiya yatırmış ölkələr Türkiyə (259,2 mln. dollar) və Böyük Britaniyadır (175 mln. dollar).

Cari ilin üçüncü rübündə qonşu ölkədə ən çox investisiya nəqliyyat və rabitə, tikinti, energetika, maliyyə və istehsal sahələrinə yönəldilib.


© APA

Paylaş