Əsas səhifə Konfrans və sərgi Azərbaycan-Gürcüstan biznes-forumunun və üçüncü “CEO Lunch Tbilisi”nin vaxtı məlumdur

Azərbaycan-Gürcüstan biznes-forumunun və üçüncü “CEO Lunch Tbilisi”nin vaxtı məlumdur

159

Gürcüstan hökumətində baş vermiş struktur dəyişikliyi ilə əlaqədar “Caspian European Club” (CEC) çərçivəsində Azərbaycan-Gürcüstan biznes-forumu və üçüncü “CEO Lunch Tbilisi”nin vaxtı dəyişdirilərək dekabrın 15-nə keçirilib.

“Report” xəbər verir ki, bu barədə “Caspian European Club” sədrinin birinci müavini Telman Əliyev məlumat verib.

Onun sözlərinə görə, arzu edənlər dekabrın 14-nə qədər http://www.caspianenergy.org/index.php/az/registra… linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.

T.Əliyev qeyd edib ki, Gürcüstan və Azərbaycan arasındakı ikitərəfli əlaqələrə həsr olunmuş biznes-forumda Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov və Kvemo-Kartli bölgəsinin qubernatoru Qriqol Nemsadze üzv şirkətlərin rəhbərləri ilə görüş keçirəcək və onları maraqlandıran suallara cavab verəcəklər. Biznes-forumdan sonra fəxri qonaq qismində Gürcstan Hökumətinin üzvlərinin iştirak edəcəkləri ənənəvi CEO Lunch təşkil olunacaq.

O, birinci “CEO Lunch Tbilisi”nin “Caspian Energy Georgia”nın fəaliyyətinin rəsmi yenilənməsi mərasimi çərçivəsində Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin iştirakı ilə sentyabrın 29-da Gürcüstanda keçirildiyini xatırladıb,  2018-ci il martın 30-da Gürcüstan və Azərbaycan hökumətlərinin, həmçinin “Caspian European Club”un dəstəyilə 5-ci Beynəlxalq Caspian Energy Forum-un təşkil olunacağını söyləyib. Forumun açılışında Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin iştirakı planlaşdırılır.

Gürcüstan və Azərbaycanın dövlət qurumları ilə özəl sektoru arasında dialoqun nizamlanması üçün aparıcı vasitələrdən sayılan “CEO Lunch Tbilisi” həmçinin qeyri-rəsmi şəraitdə ünsiyyət və yeni işgüzar əlaqələrin qurulması üçün əlavə imkanlar yaradır. “Caspian European Club” CEİBC şirkətlərinin top-menecerlərinin iştirakı ilə hər ayın üçüncü çərşənbə günü Bakıda və hər ayın sonuncü cümə günü Tbilisidə “CEO Lunch” təşkil edir.

Xatırladaq ki, “Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradılıb.

Paylaş