Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Azərbaycan bazarına yerli və əcnəbi şirkətlər daxil olub

Azərbaycan bazarına yerli və əcnəbi şirkətlər daxil olub

127
Paylaş

Azərbaycanda “AS Electronic” MMC adlı kommersiya qurumu qeydiyyata alınıb.

Bu barədə məlumat Vergilər Nazirliyinin “Vergilər” qəzetinin xüsusi buraxılışında yazılıb.

Bildirilir ki, şirkətin nizamnamə kapitalı 100 min manatdır. Kommersiya qurumunun hüquqi ünvanı Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 120, m. 1-dir. Qanuni təmsilçi Məmmədov Fikrət Hacıbaba oğludur.

Bazara daxil olan digər biri isə Kipr şirkətidir. Belə ki, Kiprin “Castigat Investments Limited” şirkətinin Azərbaycanda nümayəndəliyi açılıb.

Qanuni nümayəndəsi Ukrayna vətəndaşı Eduard Zubov olan şirkətin hüquqi ünavını Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 187, mənzil 20-dir.

Xatırldaq ki, 2012-ci ildə Kiprdə qeydiyyatdan keçmiş bu şirkət hazırda dünyanın 40-a yaxın ölkəsində fəaliyyət göstərir.

Bundan əlavə, Azərbaycanda “Middle Way Hotels Group” MMC qeydiyyatdan keçib.

Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu məhəllə 1222, ev 12-dir.

Aprelin 18-də dövlət qeydiyyatına alınan otelin qanuni təmsilçisi İntiqam Kamal oğlu Xankişiyevdir.

Paylaş