Əsas səhifə Xəbərlər Biznes xəbərləri Azərbaycan ət idxalını 7%-dən çox azaldıb

Azərbaycan ət idxalını 7%-dən çox azaldıb

95
Paylaş

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan 32 mln. 366,35 min dollar dəyərində 21 969,94 ton ət idxal edib.

Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin 6 ayı müqayisədə 1 707,31 ton və ya 7,21% azdır. Məbləğ baxımından isə illik nisbətdə  3 mln. 148,72 min dollar və ya 8,87% azdır.

Qeyd edək ki, 2017-ci ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən 35 mln. 515,07 min dollar dəyərində 23 677,25 ton ət idxal edilib.

Qeyd edək ki, 2018-ci ilin yanvar-iyun aylarında ət məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 0,69%-ni təşkil edib.

Paylaş