Əsas səhifə Konfrans və sərgi Ayaqqabı istehsalı ilə məşğul olan sahibkarlar dəvət olunur!

Ayaqqabı istehsalı ilə məşğul olan sahibkarlar dəvət olunur!

64
PAYLAŞ

Azərbaycan Ticarət və Sənaye Palatasının dəstəyi ilə sentyabrın 23-25-də Bakı Expo Mərkəzində ilk dəfə “Shoesstar Caspian ayaqqabı və dəri malları” beynəlxalq sərgisi keçiriləcək. Sərgiyə Azərbaycan, Gürcüstan və İrandan ayaqqabı istehsalı ilə məşğul olan sahibkarlar və iş adamları dəvət olunur.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan Azertaga bildiriblər ki, sərgidə 10 ölkənin 30-dan çox ticarət markasının ayaqqabı, çanta, aksesuar, çətir və dəri məmulatlarına qulluq üçün vasitələri təqdim olunacaq. Sərgidə iştirak edən dünya brendləri arasında “Marco Tozzi”, “Tamaris”, “Caprice”, “Jenny”, “Flioraj”, “Romika”, “Glamour”, “Beppi”, “Carmella”, “Refresh”, “Bass D”, “Analpa”, “Keddo” və başqaları da var.

PAYLAŞ