Əsas səhifə Şirkətlər Avtomobil yarışçısı Honda şirkətini necə yaradıb?

Avtomobil yarışçısı Honda şirkətini necə yaradıb?

229

Honda Motor Company korporasiyası yüngül avtomobillərin, üçtəkərli nəqliyyat vasitələrinin və motosikllərin və həmçinin müxtəlif növ mühərriklərin istehsalında və satışında ixtisaslaşır. Şirkət 1946-cı ildə yaponiyalı avtomobil yarışçısı və həmçinin möhtəşəm mexanik olan Soiçiro Hondo tərəfindən yaradılmışdır.

O, hər şeyə 1928-ci ildə Xamamatsu şəhərində emalatxana açaraq başlayır. O, dərhal öz dahiyanə fikirləri ilə məşhurluq tapır və patentlər almağa başlayır. 1937-ci ildə Tokai Seiki Heavy Industry şirkətinin əsası qoyulur.

İkinci dünya müharibəsindən sonra Soiçiro 450 min yenə yarıdağıdılmış Tokai Seiki şirkəti satılır. Və o yeni fikrini həyata keçirməyə başlayır. O, öz əlləri ilə özü və dostları üçün 10-a yaxın moped yığmışdı. Bundan sonra Honda istehsalı «konveyrə» qoymağa qərar verir.

Beləliklə, Honda Texnoloji Tədqiqat İnsitutu yaradılmışdı. O, işlənilmiş mühərriklərin əldə edilməsi, onların təmiri, velosipedlərə quraşdırılması və Yaponiyanın kəndlərinin sakinlərini nəqliyyatla təchiz etməyə davam edirdi.

1948-ci ildə müəssisənin adı Honda Motor Company  adına dəyişdirilir. Bundan sonra şirkətin rəhbərliyi öz mühərriklərini istehsal etmək qərarına gəlirlər.

Artıq 1949-cu ildə şirkət ilk motosikllərini istehsal edirlər. Həmin motosikl həcmi 98 kub santimetrlik mühərriklə təchiz olunmuşdu. O, Dream Type D deyə adlandırılır.
1950-ci ildə şirkətin kommersiya fəaliyyəti Xamamatsu şəhərindən Tokioya köçürülür.

Növbəti ildə şirkətin baş ofisi Tokioya köçürülür və Saytaçada yeni zavodun tikintisinə başlanıldı. 1953-cü ildə Honda şirkətinin artıq iki zavodu tikilmişdi, 1954-cü ildə isə Honda Motor Company şirkətinin səhmləri birja satışlarında iştirak etməyə başlayırlar. Bu illər ərzində şirkətin əməkdaşları bir sıra yeni layihələr təqdim etmişdilər. Layihələrin içərisində ən uğurlusu Juno K-Type skuterin təqdim olunması olur. Və bununla şirkətin Amerikaya ixracı başlanılır.

50- ci illərin ikinci yarısında şirkətin idman sahəsində uğurları çox olmuşdu. Şirkətin istehsal etdiyi motosikllər bir-birinin ardıyca idman yarışlarında qalib gəlməyə başladılar.

Məhz 50-ci illərin ikinci yarısında Honda Yaponiyada üçtəkərli nəqliyyat vasitələrinin istehsalı bazarına başçılıq etməyə başlayır. 1959-cu ildə şirkətin Amerikada America Honda Motor adlı filialı açılır. Və bununla Honda şirkəti motosikl istehalında nəinki yapon, həmçinin dünya bazarında da liderə çevrilir. Şirkətin xarici ölkələrdə filialları açılmağa başlayır.

Yeni onilliyin başlanğıcında Honda Super Cub-ın uğuru çoxalmağa başlayır. 1963-cü il ərzində şirkət 900 000 motosikl satmağa müvəffəq olmuşdu. Ümumiyyətlə 1963-cü il Honda üçün yeniliklər ili olmuşdu. Şirkət avtomobil istehsalına başlayır. İlkin olaraq balaca furqon istehsal olunur, daha sonra isə S500 avtomobil modeli təqdim olunur. Həmin avtomobil saatda 145 km sürətlə gedirdi.

Lakin bu yalnız başlanğıc idi. 1964-cü ildə Honda Motor Company istehsal etdiyi RA271 avtomobili ilə Formula 1 yarışlarında iştirak edir.

Həmin zamanda şirkətin istehsal etdiyi nəqliyyat vasitələrinin siyahısı yenilənir. Honda N360, idman avtomobili Honda S600 və onun davamçısı Honda S800 kimi avtomobillər işıq üzü görürlər.
Honda şirkəti motosikllər haqqında düşünməyi də unutmamışdılar.
Honda Dream CB- 750 Four kimi motoskl istehsal edilmişdi.

1971-ci ildə şirkət ekologiyanın bütün tələblərinə cavab verən Compound Vortex Controlled Combustion (CVCC) mühərriki üzərində işləyirdi. 1972-ci il şirkətin bugünkü məşhurluğunun səbəbi olmuşdu. Şirkət 50 at gücündə olan 1,2 litrlik mühərriki ilə təchiz olunmuş Civic adlı yeni avtomobil istehsal edir. Avtomobilin sürəti saatda 145 km. çata bilirdi. 1975-ci ildə ABŞ-da bu avtomobili ilin avtomobili seçilmişdi.

1973-cü ildə Soiçiro Hondanın hökmranlığına son qoyulur. Şirkətin banisi təqaüdə çıxır və özü ilə ən yaxşı mütəxəssisi də aparır. Lakin onların hər ikisi şirkətin həyatında rol oynamağa davam edirdilər. Şirkətin yeni prezidenti Kiyoşi Kavasima olur. Növbəti on ildə şirkətə o, başçılıq edirdi.

1974-cü ildə yaşanmış neft böhranına baxmayaraq, şirkətin satışları 76%-ə qədər qalxır. Buna şirkət məhsulların qiymətlərini azaldaraq və istehsalın həcmini artıraraq nail olmuşdu. Həmçinin yeni modellər də istehsal olunmağa davam edirdilər.

Beləliklə, 1976-cı ildə Accord adlı yeni avtomobil istehsal olunur. Şirkətin əməkdaşları Civic və Android modellərinin təkmilləşdirilməsi üzərində işləyirdilər. 1978-ci ildə Prelube adlı yeni avtomobil buraxılır.

Lakin qısa bir zamandan sonra bir çox mütəxəssislər bu avtomobil haqqında unudurlar. Çünki 80-ci illərin əvvəli Hondanın ən böyük üç Yapon avtomobil istehsalçılarının siyahısına daxil olmuşdu. 1982-ci ildə Kiyoşi Kavasima təqaüdə çıxır, prezident vəzifəsini Tandaşı Kume icra etməyə başlayır.

1985-ci ildə Honda legend avtomobil nəsli çıxır. Bu avtomobil premium sinfinin ən dəbdəbəli avtomobili hesab edilir.

1990-cı ildə Honda Legend-in ikinci nəsli istehsal olunur. 1991-ci ildə isə Honda Prelude yenilənir. Həmin ildə şirkətin 85 yaşlı təsisçisi Soiçiro Honda vəfat edir. 1996-cı ildə Honda CR-V adlı yeni avtomobili istehsal olunur. 1998-ci  ildə Honda HR-V avtomobili ona rəqib çıxır. İlk dövrlərdə 3 qapılı krossover 105 at gücündə 1,6 litrlik həcmli mühərrik ilə təchiz olunurdu. Lakin HR-V modelinin istehsalı 2006-cı ildə dayandırılmışdı, CR-V modelinin istehsalı isə bugünkü günə qədər davam edir.

1999-cu ildə şirkəti Honda Insight adlı yeni avtomobilin çıxarılması haqqında bəyan edir. O, hibid mühərriki ilə fərqlənirdi. İlk nəslin istehsalı 2006-cı ilə qədər, 2008-ci ildə isə Parisdə avtomobilin yenilənmiş variantı sərgidə təqdim olunur.

XXI əsrin yeniliklərindən öz üzərinə diqqəti Honda Element çəkir. O, 2003-cü ildə təqdim olunmuşdu və ona bugünkü gündə ABŞ-da böyük tələbat var. Yeni yüzillikdə Accord, Civic, CR-V kimi avtomobillərin yeni variantları təqdim olunur və digər modellərin üzərində işlər davam edir. Xüsusilə, 2008-ci ilin yeni Honda Civic 5D qeyd etmək istərdik.

Bugünkü gündə Honda Motor Company şirkətinin bütün dünyada 120-dən çox müəssisələri var və şirkət ildə 20 milyon avtomobil və motosikl satışları edir. Avtomobillərin satış sayı irəli addımlarla ildə 5 milyon saya yaxınlaşır.

2004-cü ildə çirkətin prezidenti vəzifəsini Takeo Fukulya icra etməyə başlayandan sonra holdinqin yüksəliş templəri daha da artdı. Bugünkü gündə şirkətin zavodlarında 150 000-ə yaxın insan çalışır, Honda Motor Company şirkətinin gəlirləri isə ildə 5 milyard dollar təşkil edir.


©banker.az

Paylaş