Əsas səhifə Texnologiya Avtomobil paylaşım tətbiqi onlara sərvət qazandırdı

Avtomobil paylaşım tətbiqi onlara sərvət qazandırdı

1525
PAYLAŞ

Jessica Scorpio Amerikalı təşəbbüskardır. O yaratdığı getaround adlı mobil application ilə gənc yaşında milyonçu olub. Dostu ilə birgə yaratdıqları tətbiq 8 milyon dollar sərmayə də alıb. Bəs getaround tətbiqi necə yaranıb?

2009-ci ildə Jessica Scorpio və Sam Zeyd ortaq bir işə başladılar. Onlar yeni startup ideyası axtaran zaman nəqliyyat sektorunda yeni bir şey yaratmaq qərarına gəldilər. 10 il içində 1 milyard insana faydalı ola biləcək bir ideyanı beləcə tapdılar.

Scorpio və Zeyd avtomobil paylaşma xidməti Zipcardan ilhamlanaraq bir sayt yaratdılar. Ancaq onlar avtomobili xüsusi şirkətlərdən kirayə götürmək yerinə avtomobil sahiblərinin bir-biriylə ünsiyyətə keçərək daha praktiki olan icarə fikrini meydana gətirdilər. Yəni yaxınlıqdakı nəqliyyat vasitələrini paylaşma şəbəkəsi. Onlar iPhone istifadəçilərin avtomobillərə girişini təmin edən sistemi yaratmaq üçün köhnə Google işçisi Elliot Kroon ilə komanda şəklində çalışdılar və hər il milyonlarla gəlir gətirən bir şirkət halına gəldilər. Bu gün onların tətbiqindən milyonlarla insan istifadə edir.

PAYLAŞ