Əsas səhifə İş adamları Atasından aldığı pulla milyard dollarlıq şirkət yaradan Elon Musk

Atasından aldığı pulla milyard dollarlıq şirkət yaradan Elon Musk

2366
PAYLAŞ

Elon Musk kimdir?

Elon Musk hal-hazırda dünyada barmaqla göstərilən milyarderlərdən biridir. Texnologiya dünyasının dəcəl uşağı olaraq bilinən Musk bu yaxınlarda kosmosa göndərdiyi SpaceX aparatının uğursuzluğu ilə gündəmə gəlsə də heç kim onun gələcəyə baxışını tənqid etmir. Yaxşı, hazırda Marsa insan turizmini planlaşdıran təşəbbüskar bu işə necə başladı?
CNBC’də qeydə alınmış bir analizdə, Tesla, SpaceX, SolarCity və PayPal kimi təşəbbüslərin qurucusu olan Muskun keçmişinə və ilk addımlarına yer verildi. 1971-ci ildə Cənubi Afrikada doğulan Elon elmi-fantastik kitabları sevən bir uşaq olub və bu gün xəyallarının böyük bir hissəsini reallaşdırıb.

12 yaşında yaratdığı oyunu 500 dollara satıb

Oxuduğu kitabların təsiriylə özünü kompyuter və proqram yazmağa həsr edən Musk, gənclik dövrlərində video oyunlarını inkişaf etdirdi və öz-özünə proqram yazmağı öyrənib güclü proqramist oldu. İlk video oyununu 12 yaşında yazan Elon bunu 500 dollara satdı.
Mühəndis bir ata və model bir ananın oğlu olan Musk ailəsinin boşanma qərarının ardından atasıyla yaşamağa qərar verdi. Uşaqlıq illərində “Britannica” ensiklopediyasının hamısını oxuyan SpaceX’in qurucusu indi də günün 10 saatını oxuyaraq keçirdiyi bilinir.

18 dollara işləyirdi

Muskun ən böyük şansı atasının mühəndis olması idi.Onunla birlikdə işə gedib gələrkən bütün prosesi görüb öyrənirdi. Anası Kanadalı olan gənc təşəbbüskar, Kanada vətəndaşlığına keçib oraya köçdü.
Bu gün milyard dollarlıq sərvəti idarə edən Musk, iş həyatına ilk addım atdığında 18 yaşında və qazanxanada təmizlik xidmətçisi olaraq çalışdığı bu işdən saatda 18 dollar qazanırdı.
Bu arada banka təcrübə proqramı üçün müraciət edən və müsbət cavab alaraq işə girən gənc ixtiraçı, digər tərəfdən də video oyunları üzərində işini təkmilləşdirirdi.
Atasından aldığı 28 min dollarla öz işini quran Musk gündə 3 saatlıq yuxuyla layihələrini inkişaf etdirdi və şirkətini bu günlərə çatdırdı. Hazırda onun 13.1 milyard dollar sərvəti var.

PAYLAŞ