Əsas səhifə Şirkətlər “Asus” şirkəti 3.45 milyard dollar gəlir əldə edib

“Asus” şirkəti 3.45 milyard dollar gəlir əldə edib

36
PAYLAŞ

“Asus” şirkəti 2018-ci maliyyə ilinin üçüncü rübünün nəticələrinin hesabatını dərc edib.

İKT.lent.az-ın ixbt.com saytına istinadən məlumatına görə, hesabat dövründə istehsalçının təxminən 3,45 milyard dollara yaxın gəliri qeydə alınıb. Bu isə bir il öncəki göstəricidən 3 faiz az, ötən rübün göstəricisini isə 20 faiz üstələyir.

Şirkətin əməliyyat gəlirləri illik nisbətdə dəyişməz qalıb, rüblük nisbətdə isə 50 faiz artaraq 99 milyon dollara çatıb. Xalis mənfəəti 193 milyon dollar olub ki, bu da ötən ilin üçüncü rübünün göstəricilərindən 2 faiz az və demək olar ki, ötən rübün xalis mənfəətinin göstəricisindən iki dəfə çoxdur.

Üçüncü rübdə hissələrinin satışı şirkətə bir il əvvəlki 15 faizə qarşı 19 faiz gəlir gətirib. Çox güman ki, bu kriptolvalyuta bumu və videokart satışının artımı ilə bağlıdır. Ona görə də masaüstü kompüterlərin satışı 65 faizdən 63 faizə düşüb, mobil cihazların payı isə 17 faizdən 15 faizə qədər azalıb.

PAYLAŞ