Əsas səhifə Vakansiya Asan viza vakansiya elan edir

    Asan viza vakansiya elan edir

    2260
    Paylaş

    Tələblər

    Təhsil: ali

    Təcrübə: -1-3 il

    IT biliklər: MS Office (Word, Excel, Outlook və s.)

    Dil: – İngilis – ( A1-A2) , Rus – ( A1-A2). Ərəb dili bilənlərə üstünlük veriləcək.

    Funksiyalar

    Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün elektron viza məlumatlarının qeydiyyatının aparılması;

    Əcnəbi və vətəndaşlığı olmayan şəxslərə aid məlumatların məxfiliyinin təmin edilməsi;

    Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin elektron viza ilə bağlı suallarının cavablandırılması;

    Əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında qalma müddətilə bağlı məlumatlandırılması;

    Yarana biləcək hər hansı bir neqativ hallar haqda Asan Viza departamentinin rəhbərliyini dərhal məlumatlandırmaq.

    Bilik və bacarıqlar

    Təşkilatçılıq III səviyyə

    Gündəlik işlərdə vaxtın idarə edilməsi;

    Gündəlik tapşırıqların həyata keçirilməsinin prioritetləşdirmək bacarığı;

    Gündəlik funksiyaların həyata keçirilməsi üçün uyğun metodların seçilməsi.

    Ünsiyyət III səviyyə

    Deyiləni aydın şəkildə anlamaq üçün digərlərinə aktiv şəkildə qulaq asmaq;

    Məlumatı qısa, aydın və dəqiq ötürmək;

    Müxtəlif insanlarla müxtəlif ünsiyyət növlərindən istifadə etmək (məlumatı ötürmək üçün münasib ünsiyyət növünü seçmək).

    Təhlil III səviyyə

    Həll edilməli olan problem/tapşırıq barəsində müxtəlif mənbələrdən məlumat toplamaq;

    Problemin/tapşırığın komponentləri arasında qarşılıqlı əlaqəni müəyyən etmək;

    Problemin həll yolunu, yaxud yerinə yetirilmiş tapşırığı məntiqi şəkildə izah edə bilmək.

    Peşəkar bilik və bacarıqlar III səviyyə

    Gündəlik funksiyaların həyata keçirilməsi üçün lazım olan hüquqi tənzimləmə və prosedurları bilmək (Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi, ASAN Viza sistemi barədə müvafiq normativ aktlar);

    Gündəlik funksiyaları yerinə yetirmək üçün bilik və bacarıqların olması;

    İşin səmərəli şəkildə qurulması üçün iş yoldaşları ilə ünsiyyət saxlamaq;

    Yüksək səviyyədə şifahi ünsiyyət və nəzakətli davranış qabiliyyəti, stresə davamlılıq.

    Namizədlər öz CV-lərini info@icenter.az elektron poçt ünvanına 28.02.2018-ci il tarixinə qədər göndərməlidir.

    Paylaş