“Artıq bank sahibkarlarla işləməkdə maraqlı olacaq”

Date:

Paylaş:

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. O cümlədən dövlət başçısı fondun nizamnaməsini təsdiqləyib. “Kredit Zəmanət Fondu”nun fəaliyyət istiqaməti nədən ibarət olacaq, qurumun yaradılma məqsədi nədir?

İqtisadçı-ekspert Vüqar Bayramov bildirdi ki, Azərbaycanda kiçik və orta sahibkarların kreditlərə əlçatanlıq səviyyəsi yüksək deyil: “Bu kreditlərə zəmanət verilmədiyindən kommersiya bankları kiçik və orta sahibkarlarla işləməkdə maraqlı deyillər. Kiçik və orta sahibkarlıqda risk nisbətən yüksəkdir. O baxımdan zəmanət fondunun yaradılmasına ehtiyac var”.

Ekspertin sözlərinə görə, fondun yaradılmasından sonra kiçik və orta sahibkarlar kredit alan zaman Fondun zəmanətindən istifadə etmək imkanına malik olacaqlar: “Fondun həmin kreditlərə zəmanət vermək səlahiyyəti olacaq. Müraciətlər Fondun əsasnaməsinə uyğun olaraq konkret meyarlar əsasında seçiləcək və qiymətləndiriləcək. Zəmanətin verilməsi kiçik və orta sahibkarların kredit alma imkanlarını xeyli asanlaşdıracaq. Artıq bank kiçik və orta sahibkarlarla işləməkdə maraqlı olacaq”.

Qeyd edək ki, prezidentin fərmanına əsasən “Kredit Zəmanət Fondu” ASC sahibkarların müvəkkil banklardan manatla aldıqları kreditlərə təminat verən və Azərbaycan prezidentinin müəyyən etdiyi hallarda və qaydada həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinə subsidiya verən hüquqi şəxsdir.

 

© Oxu.Az

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...