Apple’ın səhmləri niyə ucuzlaşır?

0
722

Apple Inc. yaxşı bir Milad Bayramı keçirmir.

“Marja” xəbər verir ki, analitiklər gələn ilin ilk rübünə dair iPhone X sifarişi proqnozlarını aşağı salıblar.  Bu, tələbatın zəifləyəcəyinə  işarədir. Apple Inc.-ın  səhmləri Çərşənbə axşamı günü   2.6%-lik bir azalma ilə 170.49 dollara geriləyib.
Analitiklər qeyd edirlər ki, bazarlar yüksək iPhone X qiymətinin birinci rübdə tələbi zəiflədəcəyi barədə narahatdırlar.

Proqnoza görə, iPhone X sifarişləri, 2018-in ilk rübündə 25 milyon ədədə düşəcək. Bu rəqəm, dördüncü rübdə 30 milyon ədəd idi.