Əsas səhifə Şirkətlər “Apple”ın dünya smartfon bazarında payı III rübdə kəskin azalıb

“Apple”ın dünya smartfon bazarında payı III rübdə kəskin azalıb

266

ABŞ-ın məşhur “Apple” şirkəti qlobal smartfon bazarında liderliyini sürdürsə də, 2017-ci ilin III rübündə onun xüsusi çəkisi kəskin azalıb.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə məlumatı “Counterpoint Research” araşdırma şirkəti verib.

Şirkətin ekspertlərinin fikrincə, cari ilin iyul-sentyabr aylarında “Apple” qlobal smartfon satışından əldə edilən mənfəətin 60%-nə sahib olub. Lakin müqayisə üçün qeyd etmək lazımdır ki, ötən ilin analoji dövründə bu göstərici 86% təşkil edib.

Analitiklər “Apple”ın bazar payının aşağı düşməsini köhnə və ucuz modellərin aktiv satışı və “Samsung” tərəfindən rəqabətin güclənməsi ilə izah ediblər. Belə ki, “Samsung” yeni “Galaxy Note 8” modelini satışa çıxarmasından sonra seqmentində qlobal mənfəətin 26%-ni əldə edib.

Smartfon satışlarında ilk 5-likdə “Apple” və “Samsung”dan sonra Çinin “Huawei”, “Oppo” və “Vivo” şirkətləri yer alır. Onların hər birinin bazar payı 5%-i keçmir.

Paylaş