Əsas səhifə Şirkətlər “Apple” öz işçiləri üçün klinikalar şəbəkəsi açır

“Apple” öz işçiləri üçün klinikalar şəbəkəsi açır

156
Paylaş

Önümüzdəki yazda “Apple” şirkəti öz əməkdaşlarına xidmət göstərilməsi üçün səhiyyə klinikaları şəbəkəsini açmağa hazırlaşır.

İKT.lent.az-ın Rusargument.ru saytına istinadən məlumatına görə, yaxın gələcəkdə iki “AC Wellness” adlanan tibb müəssisəsi fəaliyyətə başlayacaq ki, ora da şirkətin əməkdaşları və onların yaxınları gedə biləcəklər.

Bildirilir ki, müəssisələrin açılışı Kaliforniyanın Santa-Krara vilayətində baş tutacaq. Korporasiyanın mənzil-qərargahı da orada yerləşir. Artıq müəssisələrin veb-saytı işə salınıb və gələcək əməkdaşların axtarışı ilə bağlı elanlar dərc edilib.

Yeni klinikalar həmçinin “Apple”in səhiyyə sahəsindəki yeni məhsullarını sınaqdan keçirmək üçün platforma kimi də xidmət edəcək. Bu gün buna bənzər layihə Stendford Universiteti ilə əməkdaşlıq sayəsində mövcuddur. Burada söhbət “Apple Watch” saatlarından gedir. Belə ki, bu cihaz istifadəçinin ürək-damar sistemində pozulmuş funksiyaları qeydə ala bilir.

Paylaş